“Baku Mini Visitors’ Guide” bələdçi kitabının ərəb dilində nəşrinə dair müqavilə imzalanmışdır
Bakı, 29 sentyabr (AZƏRTAC). Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin “Explorer Publishing & Distribution” nəşriyyatı arasında “Baku Mini Visitors’ Guide” bələdçi kitabının ərəb dilində nəşrinə dair müqavilə imzalanmışdır.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, müqaviləni Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və Birləşmiş Ərəb Əmirliklərinin “Explorer Publishing & Distribution” nəşriyyatının icraçı direktoru Alisteyr Makkenzi imzalamışlar.
Bu layihə Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü və bir sıra xarici nəşriyyat evlərinin iştirakı ilə “Azərbaycanı kəşf edək” layihəsi çərçivəsində həyata keçirilməkdədir. İndiyədək layihə çərçivəsində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Rusiyanın “Vokruq sveta”, Fransanın “Mondeos”, Birləşmiş Krallığın “Bravo Ltd” və “Filmer Limited” nəşriyyatları tərəfindən Azərbaycanı təbliğ edən bələdçi kitablar hazırlanmış və müxtəlif ölkələrdə satışa çıxarılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [13:48]
Ekspert: Azərbaycan turizm sənayesi yay mövsümünə hazırdır
- 04.06.2026 [12:20]
İnanc yeri, turizm məkanı - Əshabi-Kəhf VİDEO
- 04.06.2026 [11:28]
Azərbaycanın turizm imkanları Çində beynəlxalq tədbir çərçivəsində tanıdılıb
- 03.06.2026 [17:37]
Turizm eksperti: Son illərdə Azərbaycana turist marağı durmadan artır
- 29.05.2026 [15:58]
Çində Azərbaycanın turizm nümayəndəliyi açılıb VİDEO
- 23.05.2026 [13:35]
Bakı–Tbilisi qatarının bərpası turizm sektorunu canlandıracaq
- 20.05.2026 [16:38]