BALAKƏNDƏ ƏLİLLƏRİN SOSİAL PROBLEMLƏRİNİN HƏLLİNƏ DİQQƏT ARTIRILIR
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, 2005-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəsaiti ilə Yeni Şərif kəndində ikinci qrup Qarabağ müharibəsi əlili Bəxtiyar Mehdiyevin, Qullar kəndində isə yerli bələdiyyənin daxili imkanları hesabına birinci qrup əlil Eldar Rəhimovun ailələri üçün yeni üçotaqlı evlər tikilmişdir.
Hazırda rayon mərkəzində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün dövlət vəsaiti hesabına inşa edilən 8 mənzilli evin tikintisi davam etdirilir. Müqavilə qiyməti 216 min AZN olan binanın tikintisində indiyədək 80 min manatlıq tikinti-quraşdırma işləri görülmüşdür. Tikinti işlərini Şəki “Tikinti-İstehsalat” Məhdud Məsuliyyətli Cəmiyyətin inşaatçıları həyata keçirirlər.