BALAKƏNDƏ KARATE ÜZRƏ RESPUBLİKA TURNİRİ KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, noyabrın 25-26-da Balakəndə Azərbaycanın Milli Qəhrəmanı Cavanşir Rəhimovun xatirəsinə həsr olunmuş karate üzrə respublika turniri keçirilmişdir. Respublika Qocyu-ryu Okinava Karate-do Federasiyası və Balakən Rayon İdman və Gənclər İdarəsinin təşkilatçılığı ilə keçirilən turnirdə Bakı, Əli Bayramlı, Şəki şəhərlərini, Zaqatala və Balakən rayonlarını təmsil edən 100-dək idmançı mübarizə aparmışdır.
Turnirin açılışına həsr olunmuş mərasimin əvvəlində Milli Qəhrəman Cavanşir Rəhimovun xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Mərasimdə ölkəmizdə idmanın inkişafına göstərilən yüksək dövlət qayğısından danışılmış, ucqar rayonlarda belə yarışların keçirilməsinin bölgələrdə idmanın kütləviliyinin artmasına böyük təsir göstərdiyi xüsusi vurğulanmışdır.
İki gün davam edən turnirdə Zaqatala karateçiləri 5, Balakən karateçiləri 3 dəfə, Bakı, Şəki və Əli Bayramlı idmançıları isə hərəyə bir dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxmışlar.
Qalib idmançılar medal, diplom və qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]
Türkiyə klubu Karlos Teveslə maraqlanır
- 07.10.2026 [11:20]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir
- 07.10.2026 [11:19]
Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub
- 07.10.2026 [10:57]
Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır
- 07.10.2026 [10:40]
Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib
- 07.10.2026 [10:24]