BALAKƏNDƏ KƏNDLƏRİN QAZLAŞDIRILMASINA BAŞLANILIB
Balakən Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, hazırda Balakən şəhərinin ətrafında yerləşən Qullar, Gərəkli və Mahamalar kəndləri istiqamətlərində daxili imkanlar hesabına qaz xətlərinin çəkilişi davam edir. Rayon qaz istismarı idarəsi artıq 1400 metr uzunluğunda orta və aşağı təzyiqli qaz xəttinin çəkilişini başa çatdırmış və Qullar kəndində 130 evə təbii qazın verilməsi təmin olunmuşdur. İlin sonunadək idarə tərəfindən daha 2 min metr uzunluğunda orta təzyiqli qaz xəttinin çəkilməsi nəzərdə tutulmuşdur.
Hazırda rayonda 1500 abonent təbii qazdan istifadə edir.