BALAKƏNDƏ QIŞ MÖVSÜMÜNƏ CİDDİ HAZIRLIQ GÖRÜLÜR
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, iclasda əlaqədar idarə, müəssisə və xidmətlərin rəhbərlərinin payız-qış mövsümünə hazırlıqla bağlı hesabatları dinlənilmiş, konkret vəzifələr müəyyənləşdirilmişdir.
Əhalinin elektrik enerjisi, təbii qaz və içməli su ilə təminatını daha da yaxşılaşdırmaq üçün hazırda rayonun şəhər və kəndlərində zəruri tədbirlərin davam etdirildiyi, rayon mərkəzinə əlavə su xətlərinin çəkildiyi, kənd yerlərində 25 ədəd yeni artezian quyusunun qazıldığı, mənzillərə qaz xətləri çəkilişinin davam etdirildiyi qeyd olunmuşdur.
Sonda qışa hazırlıqla bağlı tədbirlərin vaxtında və keyfiyyətli icrasını təmin etmək üçün müvafiq qərar qəbul edilmişdir.