Balakəndə yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanılıb VİDEO
Balakən, 17 noyabr, AZƏRTAC
Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri nəzarət-yoxlama tədbirləri zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, şəhər sakini Sədrəddin Dibirovun COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün ona ev şəraitində müalicə təyin edilib, sanitar-karantin qaydaları izah olunub. Lakin o, qaydaları pozaraq yaşadığı ünvanı tərk edib və infeksiyanın yayılmasına şərait yaradıb. Həmin şəxs özlərinə məxsus emalatxanada işçilərin və müştərilərin yanında aşkarlanıb, izahedici söhbətlər aparıldıqdan sonra yaşadığı ünvana geri qaytarılıb.
S.Dibirov barəsində Balakən Rayon Polis Şöbəsində araşdırma aparılır.