Azərbaycan Dövlət İnformasiya Agentliyi

Balaxanı: Keçmişlə müasirliyin göz oxşayan harmoniyası – FOTO VİDEO

Bakı, 8 dekabr, AZƏRTAC

Bakının şimal-qərbində, Abşeron yarımadasının mərkəzi hissəsində yerləşən Balaxanı qəsəbəsi Azərbaycanın tarixi-mədəni abidələrlə zəngin qədim yaşayış məkanlarından biridir. Qəsəbə özünəməxsus memarlığı - zövqlü tikililəri, dar küçələri və ənənəvi həyətyani sahələri ilə seçilir. Balaxanıda Şirvanşahlar və Səfəvilər dövrünə aid bir çox maraqlı tarixi abidələr mövcuddur. Bu məkan haqqında söz düşərkən, ilk ağıla gələn neft olur. Balaxanı həm də əsrlərboyu Çindən İspaniyaya qədər uzanan karvan yolunun əsas məntəqələrindən biri olub.

Qəsəbə məktəbinin tarix müəllimi Bəxtiyar İsrafilov deyir ki, Azərbaycanda Sovet hökuməti qurulunadək Balaxanı ən varlı kəndlərdən biri idi. Burada insanların maddi imkanları yaxşı olduğu üçün çox gözəl və dəbdəbəli evlər tikilmişdi. Bütün bunlar o dövrdə Balaxanıda neft sənayesinin yüksəlişi ilə bağlı idi.

“Sovet hökuməti qurulandan sonra varlı balaxanılıların bir çoxu repressiya olundu, əmlakları müsadirə edildi. Onların əlindən alınan evlər xəstəxanalara, məktəblərə, bağçalara çevrildi. Kənd tədricən tənəzzülə doğru getməyə başladı. 70 il sürən sovet dönəmində Balaxanı diqqətdən kənarda qaldı. Sevindirici haldır ki, Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində son illər burada abadlıq-quruculuq işləri geniş vüsət alıb. Küçələr yenilənir, yollara asfalt örtüyü çəkilir, evlərin fasadları, damları təzələnir, bir sözlə, kəndimizin siması dəyişir”, - deyə Bəxtiyar müəllim söyləyir.

Simasını dəyişən Balaxanı

Bir vaxtlar neft gölməçələrinin və zibil poliqonunun yerləşdiyi Balaxanı hazırda simasını dəyişərək, daha çox turistik məkanı xatırladır. Qəsəbədəki tarixi memarlıq abidələrinin bərpası, ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində çox böyük işlər görülür. Bu, qəsəbənin qədim və XX əsrin əvvəllərinə aid olan hissəsini əhatə edir.

Qəsəbədəki Mirzə Ələkbər Sabir adına park, Xacə Ruhulla imarəti, 1636-1636-cı illərə aid Şah Səfi karvansarayı, XIV əsrə aid Hacı Şəhla Məscidi və Şakir ağa türbəsi, Ovdan, “Qum hamamı” və digər tarixi abidlər bərpa olunub. Vaxtilə hər məhəllənin öz hamamı vardı və onlar adlarına memarlıq üslubuna görə bir-birindən fərqlənirdilər.

Balaxanının keçmişi ilə bu gününü müqayisə edən qəsəbə sakini 70 yaşlı Mərdail Qədimov deyir: “Neft buruqları, zibilxana əvvəllər kəndin havasını korlayırdı. İndi texnologiya yenilənib, zibilxana ləğv edilib və kənddə səliqə-sahman yaradılıb. Aparılan geniş abadlıq-quruculuq işləri nəticəsində demək olar ki, hər şey yoluna düşüb, insanlar üçün gözəl şərait yaradılıb. Kəndimizin yeni görkəmi, küçə və məhəllələrin səliqəli görünüşü xoş təəssürat yaradır. Buna görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya çox-çox minnətdarıq, sağ olsunlar”.

Qəsəbəni gəzərkən şahidi olduq ki, bir il əvvəl başlanan restavrasiya işlərinin artıq böyük hissəsi görülüb. Kanalizasiya xətləri dəyişdirilib, rabitə və işıq xətləri torpaq altına köçürülüb. Həmçinin küçələr abadlaşdırılıb, evlərin fasadları üzlənib, məhəllədaxili yollar əsaslı təmir edilib.

Qədimliklə müasirliyin qovuşduğu məkan

Hələlik üç tarixi küçədə aparılan bərpa işləri zamanı onların tarixi görkəminin qorunub saxlanmasına xüsusi diqqət yetirilib. Buradakı XIII-XIV əsrə aid “Qum hamamı”nın üstünü örtmüş torpaq qatı təmizlənib, abidənin bərpası üçün kompleks işlər görülüb. Hamamın bərpası ilə məşğul olan qəsəbə sakini Elman Nuriyev deyir ki, qumun təmizlənməsinə bir il vaxt sərf edilib. Onun sözlərinə görə, 30 metr uzunluğu olan hamama su saxsı borularla gəlirdi. “Biz onun istilik sistemini (ocaqxanasını) aşkar edəndə məlum oldu ki, hamam neft vasitəsilə qızdırılıb. “Qum hamamı”nda 2 əsas və 16 kiçik otaq olub. Hamamın bütün bərpa işləri yekunlaşmaq üzrədir”, - deyə bərpaçı Elman Nuriyev söyləyir. 

Balaxanı qəsəbəsindəki qədim abidlərdən biri də Ovdandır. O, Şirvanşah əmiri Xacə Zeynəddinin göstərişi ilə XIV əsrdə tikilib. Pilləkənlərinin quruluşu Şirvanşahlar sarayında olduğu kimi, bir qədər hündürdür. Ovdanın 2 metrə yaxın hündürlüyü olan giriş tağı var. Ehtimal olunur ki, “Qum hamamı” ilk vaxtlar məhz bu Ovdanın suyu ilə işlədilib. Ovdandan su götürmək üçün lay daşlardan yonulmuş 40 pilləkən düşmək lazım gəlir. Onun çox az hissəsi yerin üstündə, qalanı torpağın altındadır. Burada da yenidənqurma və bərpa işləri aparılıb.

Balaxanının turizm imkanları genişlənir

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Balaxanıda yenidənqurma və abadlıq işləri ilə maraqlanıblar. Bütün işlərin böyük məhəbbətlə, zövqlə görüldüyünü vurğulayan dövlətimizin başçısı deyib: “Artıq həm Bakı, həm də digər şəhərlərin sakinləri buraya gəlirlər, istirahət edirlər, gəzirlər, şəkil çəkdirirlər. Mənə verilən məlumata görə, xarici mətbuatda Balaxanı ilə bağlı materiallar dərc edilir. Avropada, Rusiyada televiziya kanallarında, internet saytlarında buraya maraq böyükdür. Əlbəttə ki, turistlərin axını daha böyük olacaq. Bu da qəsəbə sakinləri üçün yeni imkanlar yaradacaqdır. Yaxşı olardı ki, qəsəbə sakinləri turizmlə bağlı məsələlərdə fəal olsunlar və bu imkanlardan istifadə etsinlər, turizm xidmətlərini qonaqlara təqdim edə bilsinlər”.

Balaxanının turistik məkana çevrilməsi üçün məqsədyönlü işlər görülür. Abadlıq işləri aparılan bütün küçələrdə turizm yönümlü sahibkarlığın inkişafı, xüsusilə xalçaçılıq, dulusçuluq, xidmət sektorunda kiçik iaşə obyektlərinin, hostellərin yaradılması, milli suvenirlər, geyimlər, keramik qablar, musiqi alətlərinin satışı və digər sahələri təşviq etmək üçün şərait yaradılıb.

Bizimlə təəssüratını bölüşən qəsəbə sakini Məhərrəm Səfəroğlu deyir: “Kəndimizin yeni görkəm alması bizi çox sevindirir, xoş ovqat yaradır. Bu gün yaradılan şəraitlə tanış olmaq üçün Balaxanıya çoxlu insan gəlir. İnanırıq ki, qəsəbəmiz turistik məkana çevriləcək. Bu, bizim də xeyrimizədir, əlavə iş yerləri deməkdir”.

Qarış-qarış gəzdiyimiz Balaxanı küçələrində qəsəbə sakinləri ilə söhbətimiz zamanı onların yaradılan şəraitdən razı qaldıqlarının əyani şahidi olduq.

Keçmişi özündə yaşadan, əsrlərin sınağından çıxmış qədim tarixi-mədəni abidələrimizi qoruyaraq gələcək nəsillərə çatdırmaq olduqca vacibdir. Bu gün mədəni irsimizin mühafizəsi, inkişafı və təbliği istiqamətində dövlətimiz tərəfindən təxirəsalınmaz tədbirlər görülür. Sözsüz ki, bu sahədə vətəndaşların da üzərinə düşən öhdəliklər var. Tarixi irsimizin qorunmasına hər kəs təşəbbüs göstərməlidir. Bunun üçün isə ilk növbədə, o irsin dəyərini başa düşməliyik.

Qeyd: Balaxanı haqqında reportaj Vətən müharibəsindən əvvəl hazırlanıb. Müharibə səbəbindən Bakı kəndlərinin bərpasında müəyyən fasilə yaransa da, yaxın vaxtlarda bu işlərin yenidən davam edəcəyi gözlənilir. Çox keçməz ki, digər qədim kənd və qəsəbələr də simasını Balaxanı kimi dəyişəcək, zövq oxşayan abad və yaraşıqlı məkanlara çevriləcək.

 

Ceyhun Alışlı,

AZƏRTAC-ın müxbiri

Balaxanı: Keçmişlə müasirliyin göz oxşayan harmoniyası – FOTO VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yəmən ordusu: Husilərin hücumu nəticəsində 7 nəfər ölüb

İsrail Livanın cənubuna hücumlarını davam etdirir

Hörmüz boğazının açılmasının qeyri-müəyyən qalması fonunda neft qiymətləri artıb

Rəsmi Dəməşq və Moskva Suriyadakı hərbi bazalar ilə bağlı razılığa gəlib

ABŞ hərbçiləri İranın blokadasının davam etməsi üçün 55 gəminin istiqamətini dəyişdiriblər

Netanyahu: İsrail Trampın Qəzza ilə bağlı 15 bəndlik planını rədd edir

Cəlilabadda transformator partlayıb, ətraf ərazidə yanğın baş verib

Bir il sonra: Vaşinqton razılaşmaları Azərbaycanı hansı yeni geosiyasi mərhələyə çıxardı?

Kanadada meşə yanğınları: 22 min insan təxliyə edilib

Rusiya ərazisində 285 Ukrayna dronu məhv edilib

Azərbaycan cüdoçuları Avropa Kubokunu 7 medalla üçüncü yerdə başa vurublar

Almaniya dron hücumlarından müdafiə qüvvələrini ikiqat artırır

Yasamal və Nərimanov rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq

Bakıda 11 marşrut xəttinin dayanacaq məntəqələri müvəqqəti dəyişdiriləcək

Həsən Seyidbəyli küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Moskvaya yaxınlaşarkən vurulan dronların sayı altıya çatıb

Vuçiç: Avropa böyük bir müharibənin astanasındadır

Türkiyənin Qara dəniz sahilində ekipajsız kater məhv edilib

Bu saata olan əsas xəbərlər

İran parlamentində Hörmüz boğazı ilə bağlı yeni qanun layihəsi təsdiqlənib

Dünya əhalisinin 6 faizini təşkil edən yerli xalqlar iqlim dəyişikliyinin təhdidi altındadır

Xətai rayonunda baş verən yanğın söndürülüb - YENİLƏNİB

Rezidenturaya qəbul imtahanının ikinci mərhələsi keçirilib

Aqrar sığorta üzrə müstəqil ekspert sertifikatı üçün test imtahanı təşkil edilib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər keçirilib VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər keçirilib VİDEO

İmişlidə Araz çayında batan şəxsin meyiti tapılıb - YENİLƏNİB 2

Fərid Xəlilov: Yaxın illərdə Azərbaycanda beynəlxalq oxatma turnirinin təşkili planlaşdırılır VİDEO

Fərid Xəlilov: Yaxın illərdə Azərbaycanda beynəlxalq oxatma turnirinin təşkili planlaşdırılır VİDEO

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan olunub

Suriya ilə Rusiya hərbi bazaların gələcəyi ilə bağlı memorandum imzalayıb

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb VİDEO

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb VİDEO

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub VİDEO

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub VİDEO

Beynəlxalq Yerli Xalqlar Günündə müstəmləkəçiliyin davam edən izləri

İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var VİDEO

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var VİDEO

Cənubi Qafqazda köhnə münaqişə reallığı tarixə qovuşur, yeni siyasi-iqtisadi düzən formalaşır - ŞƏRH

Qazaxıstanda sərnişin avtobusu yanıb

Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur

Tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu vəfat edib

Rektor: Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşü regionda sülhün və təhlükəsizliyin təməlini qoydu

Azərbaycan-Ermənistan münasibətləri artıq siyasi bəyanatlardan praktik əməkdaşlıq mərhələsinə keçir ŞƏRH

Yəmənin Mokha limanına raket və dron hücumu təşkil edilib

Almaniyada infrastrukturun dronlardan qorunması üçün yeni tədqiqat mərkəzi yaradılır

Sumqayıtda yaşayış binasında yanğın söndürülüb, 6 sakin təxliyə edilib

Avqustun 10-da hava necə olacaq? - RƏSMİ PROQNOZ

Xocalı və Xocavəndin bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur

Sinqapur Respublikasının Prezidenti Zati-aliləri cənab Tarman Şanmuqaratnama

Xarkova hava zərbələri endirilib, ölənlər və xəsarət alanlar var

Şəhid Elcan Məmmədovun atası: O, mənim yarımçıq qalmış missiyamı ən ali səviyyədə tamamladı

“Yay Fest 2026”nın “Müasir şəhərlər və texnologiya” düşərgəsi başa çatıb

Vaşinqtonda keçirilən tarixi görüşlər Cənubi Qafqazın siyasi tarixində yeni mərhələnin başlanğıcını qoydu ŞƏRH

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Finlandiya Ukraynaya “Patriot” raketləri verməkdən imtina edib

Bu gün Beynəlxalq Yerli Xalqlar Günüdür

“Atletiko” dünya çempionunu 20 milyon avroya satıb

Qaziantepdə 4,5 bal gücündə zəlzələ olub

“Qalatasaray” rusiyalı futbolçunun transferi üçün “Lokomotiv”lə anlaşıb

Neymar yenidən Messi ilə komanda yoldaşı ola bilər

Türkiyə köhnəlmiş ABŞ silahlarını Ukraynaya verə bilər

Nigerdə sərnişin avtobuslarının toqquşması nəticəsində 22 nəfər ölüb

Belqorod vilayətinə dron hücumu olub, 13 nəfər yaralanıb

Siciliya sahillərində Roma imperiyasına aid batmış gəmi tapılıb

FIFA İnfantino ilə bağlı iddialara cavab verib

İraqda qonşu ölkəyə hücum planlaşdıran qrup üzvləri həbs edilib

Ekspert: Vaşinqton görüşü Cənubi Qafqazda münasibətlərin normallaşması yolunda tarixi dönüş nöqtəsidir

Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir

Zelenski: Ukrayna ordusu Donbasdan geri çəkilməyəcək

Leypsiq-Halle aeroportunda dron hadisəsindən sonra təhlükəsizlik tədbirləri gücləndirilib

Hakan Fidan: Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərini dəstəkləyir

Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi

MDU ilə Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır

Paytaxtın Yasamal rayonunda keçirilən ödənişsiz skrinninq aksiyasında 400-ə yaxın qadın müayinə olunub

Xocavənddə buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır

Prezident İlham Əliyev Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə ABŞ Prezidentinə məktub ünvanlayıb

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa

Vaşinqton Bəyannaməsi – qlobal xaos fonunda işləyən sülh modeli ŞƏRH

Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur

Bu saata olan əsas xəbərlər

Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Milli Kitabxanada yazıçı Əlisa Nicatın 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi təqdim olunub

Vaşinqton görüşü regionun gələcəyini müəyyən edən siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir ŞƏRH

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır

Azərbaycanın strateji baxışı Cənubi Qafqazın yeni inkişaf mərhələsini formalaşdırır ŞƏRH

Göz sağlamlığını qorumaq üçün hər fəslə uyğun qidalanmaya və sağlam həyat tərzinə diqqət yetirmək lazımdır

Luvr İslam incəsənətinə həsr olunmuş müvəqqəti sərgi ilə diqqət mərkəzindədir

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Vaşinqton razılaşmalarından bir il sonra: Cənubi Qafqazda sülh gündəliyi ŞƏRH

Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb

Aİ “Meta” və “TikTok”u dezinformasiyaya qarşı daha qətiyyətli tədbirlər görməyə çağırıb

Azərbaycan–ABŞ əməkdaşlığının yeni mərhələsi - Strateji Tərəfdaşlıq Xartiyası

Alparslan Bayraktar: Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır

Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Sıfır Tullantı Vəqfi Türkiyənin plastik tullantı problemini yerində araşdıracaq

Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla

“Vilyarreal” klubunun nümayəndələri “Sabahın Ulduzları”nda

Vaşinqton görüşü Azərbaycanın regional məsələlərin həllində fəal rol oynadığını təsdiqləyib ŞƏRH