Balıqçılıq təsərrüfatı və akvakultura sahəsində Regional Komissiyanın iştirakçıları balıqyetişdirmə zavodunda olublar
Bakı, 20 dekabr, AZƏRTAC
Balıqçılıq təsərrüfatı və akvakultura sahəsində Regional Komissiyanın iştirakçıları balıqyetişdirmə zavodunda olublar.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə həyata keçirdiyi “Mərkəzi Asiya və Qafqazda balıqçılıq təsərrüfatı və akvakultura sahəsində Regional Komissiya”nın (CACFish) 8-ci sessiyası çərçivəsində tədbir iştirakçıları Pirallahı adasında fəaliyyət göstərən “Nərəmiz” balıqyetişdirmə zavodunda olublar.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Türkiyə, Qırğızıstan, Tacikistan, Rusiya, Özbəkistan, Gürcüstan, Ukrayna, Qazaxıstan və Monqolustan nümayəndələri zavodun işləmə prinsipi, nərə balığının yetişdirilməsi və böyüdülməsi, eləcə də gələcək perspektivlərlə bağlı məlumat əldə ediblər.
Daha sonra “Mərkəzi Asiya və Qafqazda balıqçılıq təsərrüfatı və akvakultura sahəsində Regional Komissiya”nın (CACFish) 8-ci Sessiyası müzakirələrlə davam edib və günün ikinci yarısında öz işini başa çatdırıb.