BALLAK, KLOSE, ŞVAYNŞTAYGER VƏ PODOLSKİ BAKIYA GƏLİR
Bakı, 7 avqust (AZƏRTAC). Futbol üzrə dünya çempionatı-2010-un seçmə mərhələsi çərçivəsində avqustun 12-də Bakıda Azərbaycan yığması ilə qarşılaşacaq Almaniya yığmasının heyəti açıqlanmışdır. Baş məşqçi Yoahim Löv Bakıya 20 futbolçu ilə gələcəkdir.
Heyətdə gənc futbolçularla yanaşı, yarımmüdafiəçilər Mixael Ballak (Çelsi), Bastiyan Şvaynştayger, müdafiəçi Filip Lam (hər üçü “Bavariya”), hücumçular Miroslav Klose (“Bavariya”) və Lukaş Podolski (“Köln”) kimi təcrübəli futbolçular da yer almışlar.
Qapıçılar: Robert Enke (“Hannover”), Tim Vize (“Verder”), müdafiəçilər: Arne Fridrix (“Herta”), Per Mertezaker (“Verder”), Marsel Şefer (“Volfsburq”), Serdar Taşçı (“Ştutqart”), Heyko Vestermann (“Şalke”), yarımmüdafiəçilər: Kristian Gentner (“Volfsburq”), Tomas Hitslşperger (“Ştutqart”), Marsell Yansen (“Hamburq”), Sami Xedira (“Ştutqart”), Mesut Özil (“Verder”), Pyotr Troxovski (“Hamburq”), hücumçular: Kakau (“Ştutqart”), Mario Qomes (“Bavariya”).
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [21:04]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
- 16.10.2026 [17:59]
Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq
- 16.10.2026 [17:40]
Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]