“BANK RESPUBLİKA” YENİ KAMPANİYAYA BAŞLAMIŞDIR
AZƏRTAC xəbər verir ki, “Bank Respublika” yeni uduş kampaniyasına başlamışdır.
Ən azı 1000 manat, ABŞ dolları və ya avro ilə əmanət qoymuş hər bir şəxs bu kampaniyanın iştirakçısına çevrilir. Avtomobil və qızıl udmaq şansı ilə bərabər, həm də əmanəti illik 16 faizlə artırmaq mümkün olacaqdır.
Kampaniyanın şərtlərinə əsasən tiraj ayda 1 dəfə keçiriləcəkdir. Əsas hədiyyə - avtomobil isə dekabrın 15-də oynanılacaqdır.