“BANK RESPUBLİKA” YENİ UDUŞ KAMPANİYASININ BİRİNCİ TİRAJINI KEÇİRMİŞDİR
AZƏRTAC xəbər verir ki, “Bank Respublika” əmanətçiləri arasında yeni uduş kampaniyasının birinci tirajını keçirmiş və 7 əmanətçi qızıl külçə qazanmışdır.
Kampaniyanın qaydalarına əsasən, bankın əmanətçiləri arasında hər ay iki ədəd 20 və beş ədəd 10 qramlıq ən yüksək - 999,9 əyarlı qızıl külçələr oynanılır.
Ən azı 12 ay müddətində 1000 manat, ABŞ dolları və ya avro ilə əmanət qoymuş hər bir şəxs bu kampaniyanın iştirakçısına çevrilir. Əmanətin hər 1000 manat, dollar və va avro məbləği bir şansa bərabərdir.
Əsas hədiyyə - “Honda Accord” avtomobili isə dekabrın 15-də oynanılacaqdır.