BANKIN GƏNCƏ FİLİALININ BİR YAŞI QEYD EDİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, “Bank of Baku” ASC Gəncə filialının fəaliyyətinin bir illiyi qeyd edilmişdir. Bildirilmişdir ki, bu müddətdə filial fiziki və hüquqi şəxslərə kassa-hesablaşma xidmətləri, sərfəli şərtlərlə əmanətlər, müxtəlif çeşidli istehlak və biznes kreditləri, Master Card plastik kartları, mobil rabitə və kommunal xidmətlərinin ödənilməsi, beynəlxalq pul köçürmələri və digər xidmətlər göstərməklə əhalinin etibarını qazanmışdır.
Filialın kredit portfeli 5 milyon manata çatmış, müştəri əmanətlərinin məbləği 250 min manat təşkil etmiş, 5 mindən artıq müştəri cəlb edilmişdir.
Tədbirdə müştərilərə və tərəfdaşlara qiymətli hədiyyələr təqdim olunmuşdur.