CƏMİYYƏT
Banqladeşli iştirakçı: Düşünürəm ki, 250 milyard dollar kifayət deyil VİDEO
Bakı, 23 noyabr, AZƏRTAC
Bizim bugünkü aksiyamızın məqsədi cənub ölkələrinin tələblərini dəstəkləməkdir. Cənub ölkələrinin hökumətləri təkliflərinin üzərində durmalı və ədaləti təmin etmək naminə mübarizəyə davam etməliyik. Düşünürəm ki, 250 milyard dollar kifayət deyil. Ehtiyacımız olan məbləğ 5 trilyon dollardır.
Bunu AZƏRTAC-a müsahibəsində COP29-un banqladeşli iştirakçısı, Milli Fermerlər Birliyinin nümayəndəsi Zakir Hüseyn deyib.
“Mən indiyə qədər olan nəticələrə nikbin baxmıram. Lakin COP danışıqlardan ibarətdir. Biz bir neçə addım irəli və ya bir neçə addım geri gedə bilərik. Bunların hamısı prosesin bir parçasıdır", - deyə Z.Hüseyn bildirib.