Azərbaycan Dövlət İnformasiya Agentliyi

Barokko, Norman və ərəb memarlığının sintezi: Palermo şəhəri - FOTOREPORTAJ

Barokko, Norman və ərəb memarlığının sintezi: Palermo şəhəri -  FOTOREPORTAJ

Palermo, 22 iyul, AZƏRTAC

Siciliya İtaliyanın 20 bölgəsindən biridir və Aralıq dənizində əhalinin ən sıx məskunlaşdığı adadır. İtaliyanın cənubunda yerləşən bu ada Apennin yarımadasından Messina boğazı vasitəsilə ayrılır. Aralıq dənizində ən böyük ada olan Siciliyanın 4 milyondan çox əhalisi var. Siciliya tarix boyu müxtəlif sivilizasiyalar, xüsusilə yunan, Roma, Araqon və ərəb sivilizasiyaları tərəfindən idarə olunub.

Adadakı şəhərlərin memarlıq nümunələrində müxtəlif mədəniyyətlərin təsirini görmək mümkündür. Xüsusən də ispan memarlığının xüsusiyyətlərini əks etdirən Siciliyada barokko cərəyanından təsirlənən əsərlər adada müxtəlif mədəniyyətlərin mövcudluğunun ən yaxşı sübutudur. Həm Şərq, həm də Qərb sivilizasiyasının izlərini daşıyan Siciliyanın mətbəxində də bu zəngin mədəni mozaikanın izlərini müşahidə etmək mümkündür.

Siciliyada ilk yaşayış məskənlərinin əsası eramızdan əvvəl VIII əsrdən başlayaraq karfagenlilər və yunanlar tərəfindən qoyulub. Eradan əvvəl 734-cü ildə Etna dağının şərq yamacında əsası qoyulmuş Naksos Siciliyada ən qədim yunan koloniyası hesab edilir. Eradan əvvəl 241-ci ildə Birinci Pun müharibəsinin nəticəsində Siciliya Qədim Romanın ilk əyaləti kimi onun tərkibinə qatılıb və 440-cı ildə Roma imperiyasından ayrılıb. Erkən orta əsrlərdə Siciliya vandalların, ostqotların və Bizans imperiyasının nəzarətində olub. 888-ci ildə ərəblər Siciliyanı tutaraq buraya İslam dinini gətiriblər. Ərəblərin hakimiyyətdə olduğu dövrdə adada yarımmüstəqil Siciliya əmirliyi mövcud olub. XI əsrdə adanı normanlar işğal edib. XII–XIII əsrlərdə Siciliya Krallığı qurulub.

Siciliya deyildikdə ağıla ilk gələnlərdən biri də mafiyadır. Çünki ada keçmişdə çox hücuma məruz qalıb və buna görə də adadakı insanlar silahlanmalı olub. Sonra bu mafiya mədəniyyəti uzun illər davam edib. Bu gün isə vəziyyət tamam başqadır. İndiki vaxtda Siciliyada mafiya adı çəkiləndə belə vəziyyət gərginləşir və yerli əhali bu mövzuda hər hansı zarafata dözə bilmir.

Ada İtaliyanın heç bir bölgəsinə bənzəmir. Bura müxtəlif filmlərin çəkiliş məkanı olub və təbii ki, bunlar arasında ən məşhuru “Xaç atası” filmidir.

Palermo ölkənin ən sürətlə inkişaf edən şəhərlərindən biridir və tarixi yerləri, qədim binaları və sahil xətti ilə unikal mədəniyyət turu təklif edir. İtaliyanın muxtar vilayətlərindən biri olan Siciliyada paytaxt Palermonun 1 milyondan çox əhalisi var. Şəhər barokko, Norman və ərəb memarlığının sintezi olan tarixi binaları ilə məşhurdur. Palermo 2700 illik zəngin tarixi, mədəniyyəti və arxitekturası ilə tanınır. Şəhər finikiyalılar tərəfindən salınıb, lakin qədim yunanlar tərəfindən Panormus adlandırılıb. Palermo əvvəlcə Roma İmperiyasının, sonra isə min illərlə Bizans İmperiyasının tərkibində olub.

Palermo, yəqin ki, əvvəllər gördüyünüz hər hansı bir İtaliya şəhəri kimi deyil. Bura mafiyanın doğulduğu və universitetinə görə gənc əhalinin cəmləşdiyi izdihamlı, canlı və xaotik şəhərdir. Şəhər tarixi memarlığı, mədəni zənginliyi ilə yanaşı, görünüşü və özünəməxsus nizamı ilə fərqlənir.

Monreale Katedralı Palermonun tarixi gücünü əks etdirən mühüm binadır. 1174-cü ildə inşasına başlanan və 1182-ci ildə ziyarətçilərin ixtiyarına verilən bu kafedral Norman memarlığının dünyada hələ də varlığını davam etdirən ən əsas nümunəsidir.

Siciliyanın Norman hakimiyyəti altında olduğu dövrlərdə kralın sarayı olan Norman Sarayı bu gün parlament binası kimi istifadə olunur. Memarlığı ilə diqqət çəkən bu saray Avropanın ən qədim tikililərindən biridir.

Bunlara əlavə, Palermoda “Xaç atası” seriyasının üçüncü filminin son səhnəsinin çəkildiyi Massimo Teatrı, Via Vittorio Emanuele Katedralı, Porta Nuova, Quattro-Cant binasının barokko cəbhəsi mütləq görülməli yerlər sırasındadır.

Politeama meydanı şəhərin ən canlı və mərkəzi hissəsidir. Meydanda yerləşən Politeama Qaribaldi Teatrı ecazkar memarlığı ilə dərhal diqqət mərkəzinə çevrilir. San Giovanni degli Eremiti Kilsəsi isə ərəb arxitekturasında inşa edilən qübbələri ilə seçilir.

Utanc fəvvarəsi (Fontana della Vergogna) şəhərin tarixi mərkəzində yerləşir. XVI əsrdə İspaniya hakimiyyəti dövründə inşa edilən bu fəvvarə çılpaq qadın heykəllərinə görə yerli əhali tərəfindən əxlaqsızlığın simvolu kimi qəbul edilib.

Zisa sarayı isə Norman Krallığı dövründə, XII əsrdə Kral II Villiam tərəfindən tikilib. Tikinti zamanı sarayın dizaynında ərəb, Bizans və Norman memarlıq üslublarının xüsusiyyətləri birləşdirilib. Saray adını ərəbcə “gözəl” mənasını verən “əl-Əziz” sözündən götürüb. Sarayın dizaynında ərəb memarlığının təsiri kifayət qədər aydın görünür.

Siciliya adası dik və az girintili-çıxıntılıdır, dağlıq və təpəli relyef üstündür. Buranın ən yüksək nöqtəsi hündürlüyü 3340 metrə çatan Etna vulkanıdır. Adada tez-tez zəlzələlər baş verir. Etnanın zirvəsi ilin 9 ayı qarla örtülü olur.

Palermodan sonra ikinci ən böyük şəhər olan Kataniya adanın şərq tərəfində yerləşir. Şəhər Etna vulkanının ətəyində və İon dənizinin sahillərindədir. Avropanın ən hündür və ən aktiv vulkanı olan Etnada tez-tez fəallıq və lava axını baş verir, bu da Kataniyada həyata mənfi təsir edir. Adanın elə də turistik olmayan şəhəri Sirakuzanın tarixi isə qədim Roma dövrünə gedib çıxır. Bura UNESCO-nun himayəsindədir. Taormina və Messina kimi məşhur şəhərlər də turistlərin ən çox üz tutduqları yerlərdir.

Siciliyanın bənzərsiz barokko memarlığı və ağ qumlu çimərlikləri adanın əsas gözəlliklərindən sayılır. Belə ki, “Siciliyanı görmədən İtaliyanı başa düşmək mümkün deyil” deyimi heç də təsadüfi deyilməyib.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Palermo

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi möhtəşəm qala gecəsi ilə qeyd olunub – YENİLƏNİB

Hörmüz boğazında batan gəminin konteynerlərində təhlükəli maddələr ola bilər

Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq

Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib

Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub

Şəhid ailələrindən olan istedadlı uşaqlar III Beynəlxalq Opera Festivalında iştirak ediblər

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb

Ramil Qasımov: “Vaqif” operası Ramiz Mustafayevin yaradıcılıq irsinin dəyərli nümunəsidir

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

Putin Ukraynanın hərbi sənaye obyektlərinə və logistika mərkəzlərinə zərbələrin davam etdirilməsini tapşırıb

Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Peruda Qarabağ xalçasının açılışı olub – Azərbaycan mədəni irsi Peruda nümayiş olunur

“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram

BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb

Mina Abbasova: “Təxəyyülün köçəri ocağı” sərgisinin mərkəzində nostalji hissi dayanır

BVF: Fransanın 2027-ci il üzrə ümumi maliyyələşmə ehtiyacı 690 milyard avroya çatacaq

Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əməkdar rəssam: Sərgi onilliklər sonra öz əsərlərimə yeni gözlə baxmağa imkan verdi

Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb

Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib

Kəngərli rayonunda müşavirə: İqtisadi müstəqillik dövlətimizin gücünü möhkəmləndirir

Milli birlik, ideoloji təhlükəsizlik və inkişaf - Qaxda qarşıda duran hədəflər müzakirə olunub

Qəbul edilən qərarların nəticələri insanların gündəlik həyatında hiss edilməlidir - Ordubadda müşavirə

Multidisiplinar rəssam: Əsərlərimdə nostaljinin fərqli tərəflərini əks etdirməyə çalışmışam

Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib

Bu saata olan əsas xəbərlər

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

“Environmental Protection First” koalisiyası COP17 ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib

Prezident İlham Əliyevin mesajları Qərb institutlarına ciddi xəbərdarlıq idi ŞƏRH

Qusar-Əniq-Laza yolunda iki yeni körpü inşa olunur

“Təxəyyülün köçəri ocağı”: Keçmişin izləri müasir incəsənətdə

Azərbaycanlı xanım fermer FAO-nun “100 Qadın Qəhrəmanı”ndan biri seçilib

Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Sabitlik və milli həmrəylik Azərbaycanın qarşıya qoyduğu strateji hədəflərə çatması üçün əsas şərtdir

Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibətilə Komitənin kollektivinə və paralimpiyaçılara

Gəncə Dövlət Universitetində Müstəqilliyin Bərpası Günü qeyd edilib

Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər

Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir

Vətən müharibəsi qazisi: Vətənə sevgi, dövlətə sədaqət və milli birliyimizin qorunması hər birimizin məsuliyyətidir

Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir VİDEO

Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir VİDEO

Dövlət Statistika Komitəsi son illərdə 212 mindən çox nəzarət markası sifariş edib

Mədəniyyət naziri Adil Kərimli Füzuli şəhərində vətəndaşların müraciətlərini dinləyib

Taleh Kazımov: 2027-2030-cu illərin iqtisadi gündəliyindəki struktur islahatlar şaxələndirmənin miqyasını və sürətini müəyyən edəcək

Azərbaycan regionda sülhün və sabitliyin təmin olunmasında mühüm rol oynayır - ŞƏRH

ICESCO-nun Bakı Regional Ofisi 12-ci Beynəlxalq Kitab Sərgisində xüsusi pavilyonla təmsil olunacaq

218 nömrəli yeni marşrut xətti istifadəyə verilir

Mərkəzi Bank 2026-cı və 2027-ci illər üzrə inflyasiya proqnozlarını açıqlayıb

BDU Özbəkistanın 9 universiteti ilə əməkdaşlığa başlayır

Taleh Kazımov: Bu il strateji valyuta ehtiyatımız 700 milyon dollar artıb

Nurcan Kelbuqanov: TBNM müasir, rəqəmsal, multimodal marşruta çevrilməlidir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub

Binəqədi şosesində nəqliyyatın hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək

Xankəndidə BMU ilə Özbəkistanın iki ali təhsil müəssisəsi arasında memorandumlar imzalanıb

Azərbaycan və Banqladeş arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə edilib

Çexiyada Senata seçkilərin ikinci turu keçirilir

“Şahinlərin Görüşü-2026”da iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyəti ölkəmizə səfər edib

Energetika Nazirliyində YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş tədbir keçirilib

Media nümayəndələrinə standartlaşdırma mövzusunda təlim keçirilib

Efiopiyada Tiqray bölgəsinə altıaylıq keçid administrasiyası yaradılıb

Mərkəzi Bankın sədri “Global Finance”a müsahibəsində Azərbaycanın maliyyə islahatlarından danışıb

Asimmetrik sintez: həyatın mənşəyi və dərman istehsalı baxımından yeni imkanlar

Avropada qazın qiyməti 2022-ci ilin dekabrından bəri ən yüksək səviyyədədir

“Şahinlərin Görüşü-2026” təlimində tapşırıqlar uğurla icra olunur

“Effektiv idarəetmə və makroiqtisadi göstəricilər” işçi qrupunun növbəti iclası baş tutub

Macarıstan Aİ-nin karbon qiymətləri sisteminin tətbiqinin təxirə salınmasını tələb edir

ARDNF-nin icraçı direktoru "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb

Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq

TƏBİB-in icraçı direktoru Qubada vətəndaşların müraciətlərini dinləyib

Müstəqilliyin bərpası Azərbaycan xalqının milli iradəsinin təcəssümüdür - universitetdə tədbir

Hadrutda “Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Hadrutda “Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevdən mühüm mesajlar: Müharibə bizim seçimimiz olmayıb VİDEO

Prezident İlham Əliyevdən mühüm mesajlar: Müharibə bizim seçimimiz olmayıb VİDEO

BDU-da “Azərbaycan dili - Açıq dərslər” layihəsi davam edir

Səyyar Gənclər Xidmətinin növbəti dayanacağı Ucar olub

Ermənistanın keçmiş rəhbərliyi Azərbaycan xalqına qarşı cinayətlərə görə məsuliyyət daşıyır RƏY

BVF ilə Dünya Bankının İllik Toplantılarında Azərbaycanın iqtisadi prioritetləri və beynəlxalq maliyyə əməkdaşlığı dəyərləndirilib

Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir

Qarabağ Universiteti “Rebuild Karabakh” sərgisində təmsil olunur

Diaspor nümayəndəsi: Tarixi əlaqələr Azərbaycanla Kamboca arasında əməkdaşlığın inkişafına töhfə verə bilər

“Xocavənd əməliyyatı” zamanı şəhid olan əfsanəvi kəşfiyyatçıların xatirəsi anılıb VİDEO

“Xocavənd əməliyyatı” zamanı şəhid olan əfsanəvi kəşfiyyatçıların xatirəsi anılıb VİDEO

BDU-da Müstəqilliyin Bərpası Günü qeyd olunub

Londonda Azərbaycanın maarifçilik tarixi və fəlsəfi irsi təqdim edilib

Beynəlxalq konfransda türk dilləri ilə bağlı araşdırmalar təqdim olunub

Türk ekspert: Azərbaycan Avrasiya məkanında enerji və nəqliyyat təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır

Nizami rayonunda Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr müzakirə olunub

Gənclərin zərərli ideoloji təsirlərdən qorunması əsas vəzifələrdəndir

Şərqşünaslıq İnstitutunda Azərbaycan dövlətçiliyi tarixinə dair mühazirə oxunub

“Qarabağ Hakatonu 2026” yarışması başa çatıb

Nürnberqdən Bakıya: Ermənistanın üç keçmiş prezidentinin cinayət məsuliyyəti məsələsi – TƏHLİL

Yeni Kaledoniyanın nikel sərvətləri uğrunda mübarizə: Kanak təşkilatlarından Aİ-yə etiraz

AQTA sədrinin vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

Gəncədə son illərdə 15 mindən çox yeni iş yeri yaradılıb

AQTA: Qəhvəyi mərmər bağacığı ilə mübarizədə əhalinin fəallığı vacibdir

Beynəlxalq paralimpiya nümayəndələri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər

Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır ŞƏRH

İtaliya və İspaniya sərhəd yoxlamalarını ləğv etməyə hazırlaşır

Volodimir Zelenski Antonio Koşta və Ursula Fon der Lyayenlə görüşünün nəticələrini açıqlayıb

BMT-nin fəaliyyətinin təkmilləşdirilməsi, təşkilatda islahatların aparılması zəruridir - ŞƏRH

Türkiyə Aİ-ni “Made in Europe” strategiyasına yenidən baxmağa çağırıb

Azərbaycan və Şri-Lanka siyasi dialoqu gücləndirir