Baş nazir: Slovakiyanın Ukraynanın NATO-ya üzvlüyünə qarşı olması təəccüblü deyil
Bakı, 21 dekabr, AZƏRTAC
Ukraynalılara hərbi yardımdan imtina edən Slovakiyanın Baş naziri Robert Fitso Ukraynanın NATO-ya daxil olmasına qarşı çıxıb. O, bunun III Dünya müharibəsinə səbəb olacağını bildirib.
AZƏRTAC xəbər verir ki, bu barədə Baş nazir “InfoVojna”ya müsahibəsində deyib.
“Slovakiya hökumətində çoxluq təşkil edən partiyanın Ukraynanın NATO-ya üzvlüyü ilə razılaşmaması təəccüblü deyil. Çünki bu, III Dünya müharibəsinin başlanğıcı olacaq”, - deyə R.Fitso qeyd edib.
Baş nazir bunun heç vaxt baş verməyəcəyinə inandığını söyləyib. Bundan əlavə, o, Ukraynanın Aİ-yə daxil olması üçün illər lazım olacağını bildirib və belə bir qərarın əleyhinə olmadığını vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [18:41]
Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir
- 07.10.2026 [17:46]
Yəməndə köçkünlərin sayı 200 mini keçib
- 07.10.2026 [17:37]
Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb
- 07.10.2026 [16:24]
Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb
- 07.10.2026 [15:41]