Baş Prokurorluq: Gəncənin raket atəşinə tutulması nəticəsində ölənlərin sayı 12-yə çatıb
Bakı, 17 oktyabr, AZƏRTAC
Düşmənin silahlı qüvvələrinin oktyabrın 17-də gecə saat 01 radələrində Gəncənin mərkəzi hissəsində yerləşən dinc sakinlərin yaşayış məntəqələrini raket atəşinə tutması nəticəsində 12 nəfər həlak olub, 40-dan çox şəxs yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, hazırda hadisə yerində olan prokurorluq əməkdaşları tərəfindən zərərçəkmiş şəxslərin siyahısının dəqiqləşdirilməsi ilə bağlı istintaq-əməliyyat tədbirləri həyata keçirilir.
İctimaiyyətə son vəziyyətlə bağlı əlavə məlumat veriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.10.2026 [20:20]
Brüsseldə Avropa-Azərbaycan Beyin Mərkəzlərinin I Forumu keçirilib
- 27.10.2026 [18:26]
TÜRKPA-nın Baş katibi Türkiyə Böyük Millət Məclisinin sədri ilə görüşüb
- 27.10.2026 [18:07]
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
- 27.10.2026 [17:57]