İDMAN
Basketbol üzrə 23-cü Azərbaycan çempionatının altıncı turunun oyunları keçirilib
![Basketbol üzrə 23-cü Azərbaycan çempionatının altıncı turunun oyunları keçirilib](/files/2015/3/1200x630/14493266696545726596_1200x630.jpg)
Bakı, 5 dekabr, AZƏRTAC
Dekabrın 5-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin idman zalında kişilər arasında basketbol üzrə 23-cü Azərbaycan çempionatının altıncı turunun oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, çempionatın altıncı turunda NTD komandası “Sıçrayış”a 103:62, AzTOP klubu BDU-ya 107:35, “Dərviş” “Araz”a 77:54, “Bakı” kollektivi isə “Baku Oilers”ə 88:87 hesabı ilə qalib gəlib.
Çempionat dairəvi üsulla iki dövrə üzrə keçirilir. İki dövrədən sonra 4 komanda mükafatlar uğrunda mübarizə aparacaq.
Hesabında 11 xal olan NTD, “Bakı” və “Baku Oilers” komandaları turnir cədvəlinin ilk üç pilləsində qərarlaşıblar.