Basketbolun 3x3 növü üzrə millimiz Avropa çempionatının seçmə mərhələsinin yarımfinalına vəsiqə qazanıb
Bakı, 4 iyun, AZƏRTAC
3x3 basketbol üzrə kişilərdən ibarət milli komandamız Kiprin Limasol şəhərində keçirilən Avropa çempionatının seçmə mərhələsində qrup oyunlarını keçirib.
AZƏRTAC xəbər verir ki, B qrupunda qərarlaşan millimizin rəqibləri Kipr, Lüksemburq və Andorra komandaları olub.
İlk görüşdə Kipr basketbolçuları ilə qarşılaşan yığmamız rəqibinə 19-11 hesabı ilə qalib gəlib.
İkinci qarşılaşmada komandamız Lüksemburq yığması ilə qarşılaşıb və oyundan 16-10 hesablı qalibiyyətlə ayrılıb. Qrupun sonuncu oyununda millimiz Andorra basketbolçuları ilə görüşüb və rəqibinə 21-13 hesabı ilə qalib gəlib.
Qrupu ilk pillədə tamamlayan milli komandamız turnirin yarımfinal mərhələsinə vəsiqə qazanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [22:46]
“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib
- 06.10.2026 [18:37]
Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO
- 06.10.2026 [18:29]
Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək
- 06.10.2026 [18:09]
Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib
- 06.10.2026 [15:14]
“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər
- 06.10.2026 [14:44]