BASTİA MERİNƏ VƏ AİLƏSİNƏ QARŞI SUİ-QƏSD EDİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Korsika adasının Bastia şəhərinin meri Emil Zükkareliyə və ailəsinə qarşı sui-qəsd edilmişdir. Naməlum şəxslər onun Ot-Korsika departamentinin Sent-Luçi-de Merküçio yaşayış qəsəbəsindəki evinin girəcəyinə partlayıcı maddə qoymuşlar. Gecə baş vermiş güclü partlayış böyük dağıntıya səbəb olmuşdur. Xoşbəxtlikdən həmin vaxt mer və onun ailə üzvləri evdə olmamışlar.
Korsika adasından həm deputat, həm də mer seçilmiş E.Zükkareli yerli separatçılar tərəfindən dəfələrlə hədələnmiş və ona qarşı bir neçə dəfə sui-qəsd cəhdi edilmişdir.
Sonuncu sui-qəsd aktını heç bir təşkilat öz üzərinə götürməmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [17:47]
Macarıstanda büdcə kəsirinin artımı zəifləyib
- 06.10.2026 [17:42]
Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır
- 06.10.2026 [17:36]
Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq
- 06.10.2026 [17:26]
Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb
- 06.10.2026 [17:04]
Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb
- 06.10.2026 [17:03]