Batumidə Cənubi Qafqaz transsərhəd turizminə dair əməli görüş keçirilir
Tbilisi, 28 noyabr (AZƏRTAC). Acarıstan Muxtar Respublikasının paytaxtında Cənubi Qafqaz transsərhəd turizminə həsr olunmuş 3-cü əməli görüş işə başlamışdır.
Gürcüstan Milli Turizm Administrasiyasından verilən məlumata görə, tədbir Acarıstan Muxtar Respublikası Turizm və Kurortlar Departamentinin təşəbbüs və təşkilatçılığı ilə baş tutmuşdur.
Görüşdə Azərbaycan, Türkiyə, İran və başqa ölkələrdən nümayəndələrin iştirak etdikləri bildirilir.
Tədbir iştirakçıları turizm sahəsində dünyada mövcud olan mütərəqqi “İki ölkə, bir turist” konsepsiyası, gələcək fəaliyyət planları və s. məsələlər ətrafında fikir mübadiləsi aparırlar.
İkigünlük görüşün yekununda memorandum imzalanacağı nəzərdə tutulur.
İslam Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [15:22]
Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]