Azərbaycan Dövlət İnformasiya Agentliyi

BDU-da Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr edilən kitabların təqdimatı olub

Bakı, 30 iyun, AZƏRTAC

Bakı Dövlət Universitetində (BDU) BDU-nun nəşr etdiyi “Birinci Türkoloji Qurultayın dərsləri” və Türk Akademiyasının çap etdirdiyi “100 ilin ardından Bakı Türkoloji Qurultayı” və “Birinci Bakı Türkoloji Qurultayı: 1926-cı il sənədlər işığında” kitablarının təqdimatı olub.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.

Mərasimdə çıxış edən BDU-nun rektoru Elçin Babayev bildirib ki, “Türk Dünyası Həftəsi” çərçivəsində keçirilən və Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş, Mədəniyyət Nazirliyi, Bakı Dövlət Universiteti, TÜRKSOY, Beynəlxalq Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Əl-Fərabi adına Qazax Milli Universiteti və Türk Dil Qurumunun birgə təşkil etdiyi “Türk dilləri, ədəbiyyatları və tarixlərinin tədrisi müasir çağırışlar kontekstində” beynəlxalq elmi konfransının açılış mərasimi və panel sessiyası iyunun 29-da Heydər Əliyev Mərkəzində təşkil olunub. Bu gün isə konfransın bölmə iclasları BDU-da davam edir: “BDU ölkəmizdə türkologiya elminin əsas mərkəzlərindən biridir və türk xalqlarının tarixində mühüm elmi hadisə olan Birinci Türkoloji Qurultayın elmi-mədəni irsinə yenidən nəzər salmaq məqsədilə silsilə tədbirlər – konfranslar, elmi müzakirələr, sərgilər, görüşlər təşkil edir. Universitetin nüfuzlu alimləri ölkəmizdə keçirilən, qurultayın 100 illiyinə həsr olunmuş elmi tədbirlərin təşkilində yaxından iştirak edirlər. Bu gün təqdimatı keçirilən kitablar həm qurultayda müzakirə olunan mövzuların yenidən elmi müstəviyə çıxarılması baxımından, həm də tədris vəsaiti kimi əhəmiyyətli olacaq. Birinci Türkoloji Qurultayın irsi hamı üçün yol göstərəndir. Bu istiqamətdə hamımız səylərimizi birləşdirməli, həm tədris prosesində, həm də elmi tədqiqatlarda həmin materiallardan düzgün istifadə etməyi bacarmalıyıq”.

Rektor bildirib ki, “Birinci Türkoloji Qurultayın dərsləri” kitabını Ümumi dilçilik kafedrasının müdiri akademik Nizami Cəfərov hazırlayıb. Kitab BDU Elmi şurasında müzakirə olunaraq dərs vəsaiti kimi təsdiq edilib. Dərs vəsaitində Birinci Türkoloji Qurultayın materialları elmi əsaslarla öyrənilir. Qurultayın əlifba, orfoqrafiya, terminologiya, ədəbi dil, dilin tədrisi, türk dilləri və türk tarixi problemləri üzrə dərsləri ön plana çıxarılır. Dərs vəsaiti filologiya, tarix, şərqşünaslıq ixtisasları üzrə təhsil alan tələbələr, habelə qurultayın zəngin elmi-mədəni irsi ilə maraqlananlar, tədqiqatçılar üçün əhəmiyyətli mənbə olacaq.

BDU ilə sıx əlaqələrin olduğunu deyən Beynəlxalq Türk Akademiyasının prezidenti Şahin Mustafayev bildirib ki, rəhbərlik etdiyi qurum Türk dünyasının intellektual, mədəni mirasının tanıdılması və təbliği üçün müxtəlif layihələr həyata keçirir, kitablar nəşr etdirir: “Birinci Türkoloji Qurultayda iştirak edənlərin, demək olar, hamısı sonradan repressiyaya məruz qaldı, amma bu miras bu gün də davam edir. Həm türkologiya elminin inkişafında, həm də milli kimlik məsələsində bu mirasın çox böyük rolu var”.

“Birinci Türkoloji Qurultayın dərsləri” kitabının müəllifi, akademik Nizami Cəfərov qurultayın həm elmi-mədəni, həm də ictimai-siyasi hadisə kimi tarixin yaddaşına həkk olunduğunu bildirib. O qeyd edib ki, türk xalqlarının elmi-mədəni irsi birlikdə və ayrı-ayrılıqda öyrənilməli, Birinci Türkoloji Qurultayın keçirildiyi ötən əsrin 20-ci illəri tarixçilər tərəfindən dərindən araşdırılmalıdır: “Əlifba, terminologiya, ədəbi dil, dilin tədrisi, türk dilləri və türk tarixi problemləri – bunlar hamısı Birinci Türkoloji Qurultayın dərsləridir. Bu mövzuda kitabın hazırlanması çox məsuliyyətli işdir. BDU-nun bütün heyəti "Birinci Türkoloji Qurultayın dərsləri" kitabının hazırlanmasında iştirak edib. Əminik ki, bu sahədə yazılan kitablar, aparılan araşdırmalar türkologiyanı daha da zənginləşdirəcək”.

Milli Məclisin deputatı, BDU-nun Türk filologiyası kafedrasının professoru Jalə Əliyeva, Beynəlxalq Türk Akademiyasının vitse-prezidenti Bülent Bayram, Akademiyanın nümayəndəsi Aynur Mayemerova çıxışlarında Birinci Türkoloji Qurultayın Türk dünyasının ortaq yaddaşının qorunmasında rolunu vurğulayıblar. Qeyd olunub ki, bu cür nəşrlər milli kimliyimizin formalaşmasında, türkologiya elminin inkişafında mühüm rol oynayır və Azərbaycan elmi irsinin qorunub saxlanmasına töhfə verir.

Vurğulanıb ki, Türk Akademiyasının çap etdirdiyi “100 ilin ardından Bakı Türkoloji Qurultayı” və "Birinci Bakı Türkoloji Qurultayı: 1926-cı il sənədlər işığında” kitabları tədqiqatçılara və oxuculara Birinci Türkoloji Qurultayın keçirildiyi dövrün tarixi kontekstini arxiv sənədləri, protokolları və rəsmi məruzələri əsasında dərindən anlamağa imkan verir.

Sonda BDU-nun bir qrup əməkdaşına Birinci Türkoloji Qurultayın 100 illik yubileyi münasibətilə xatirə döş nişanları təqdim olunub. Nişanları mədəniyyət nazirinin müavini Səadət Yusifova təqdim edib. O bildirib ki, Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması və belə tədqiqatların aparılması türkologiyanın müxtəlif sahələrinin inkişafına təkan verəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

® “Azercell“ “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub

Aqrar sahə ilə bağlı qanun layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb

Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir

Azərbaycanın daha bir cüdoçusu dünya çempionatında medal qazanıb

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub

Aİ-nin ölkəmizdəki səfiri: 2008-ci ildən etibarən Azərbaycanda 29 layihə reallaşdırılıb

Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan BMT-nin Qadınlar üzrə Agentliyi ilə əlaqələri genişləndirir

Ekspert: Müəllim üçün geyim standartı vahid forma demək deyil

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Muğam, dəniz və poeziya: Azərbaycan və Omanın musiqi ənənələrini birləşdirən cəhətlər

Dastan Ospanov: Orta Dəhliz vahid infrastruktur sistemi kimi inkişaf etdirilməlidir – MÜSAHİBƏ

Müqayisəli iqtisadi tədqiqatlarda yeni metodoloji yanaşmalar təqdim edilib – elmi seminar

Dövlət satınalmalarının vahid internet portalında süni intellektəsaslı yeni funksiya tətbiq edilib

Fransada şagirdlərin etiraz aksiyaları zamanı qumbaralardan istifadə müvəqqəti qadağan edilib

Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb

Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb  YENİLƏNİB  VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb YENİLƏNİB VİDEO

Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb

Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər

Türk ekspert: Orta Dəhliz Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxış imkanlarını genişləndirir

Hərracda 12 nəqliyyat vasitəsi satılıb

ABŞ hərbçiləri üçün biraylıq komendant saatı tətbiq olunacaq

Azərbaycanlı tələbə beynəlxalq konfransda aerokosmik araşdırmalarını inkişaf etdirir

İşğaldan azad olunmuş ərazilərdə sahə görüşləri davam etdirilir

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Oskar laureatı Eva Mari Sent 102 yaşında vəfat edib

Macarıstanın sonuncu inqilab qəhrəmanı Pongraç Andraş vəfat edib