BDU könüllüləri “KOMANDO” hərbi-vətənpərvərlik düşərgəsində
Bakı, 8 sentyabr, AZƏRTAC
“BDU könüllüləri” təşkilatının üzvləri Gənclər və İdman Nazirliyi tərəfindən Quba Olimpiya İdman Kompleksində təşkil olunan “KOMANDO” hərbi-vətənpərvərlik düşərgəsində iştirak edirlər.
Bu barədə AZƏRTAC-a Bakı Dövlət Universitetindən məlumat verilib.
“KOMANDO” hərbi-vətənpərvərlik düşərgəsi ehtiyatda olan xüsusi təyinatlı zabitlər tərəfindən keçirilən hərbi-tibbi təlim, oyun və yarışlardan ibarətdir.
Düşərgə sentyabrın 11-dək davam edəcək.