ELM VƏ TƏHSİL
BDU müəllimlərinin məqaləsi yüksək impakt faktorlu jurnalda yer alıb
Bakı, 21 fevral, AZƏRTAC
Bakı Dövlət Universiteti (BDU) mexanika-riyaziyyat fakültəsinin Cəbr və həndəsə kafedrasının müdiri, Əməkdar elm xadimi, professor Arif Səlimov və dosent Habil Fəttayevin birgə elmi məqaləsi yüksək impakt faktorlu jurnalda dərc olunub.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, “Ko-reper laylanmalara törəmələrin liftləri” (Lifts of Derivations in the Coframe Bundle) adlı məqalə “Springer” nəşriyyatının riyaziyyat üzrə Q1 kateqoriyalı (Clarivate Analytics, IF:1.181) “Mediterranean Journal of Mathematics” jurnalında çap olunub.
Məqalədə Li və kovariant törəmə operatorlarının ko-reper laylanma fəzalarına tam və horizontal liftləri daxil edilib və onların diferensial-həndəsi xassələri araşdırılıb.