BDU-nun “SABAH” qruplarının tələbələri “Technest” təqaüd proqramının qalibi olublar
Bakı, 7 aprel, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) “SABAH” qruplarının III kurs biologiya müəllimliyi ixtisasının tələbəsi Jalə Fətəliyeva, IV kurs kompüter elmləri ixtisasının tələbələri Məmməd Əliyev, Emil Quluzadə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən keçirilən “Technest” təqaüd proqramının qalibi olublar.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
“Technest” təqaüd proqramının məqsədi informasiya texnologiyaları üzrə milli kadrların yetişdirilməsini sürətləndirmək, bu sahədə mövcud çatışmazlıqları aradan qaldırmaq və ölkədə rəqəmsal inkişafa töhfə verməkdir. “Technest” məktəblilər, tələbə və məzunlar üçün İKT sahəsində peşəkar və ödənişsiz təlimləri təmin edən təhsil proqramıdır. Eyni zamanda, sahibkarlıq təfəkkürlü, innovativ həllər təklif edən gənclərin gələcəkdə startaplar qurmasında önəmli rol oynayan əməkdaşlıq müstəvisidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [17:55]
Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib
- 07.10.2026 [17:50]
Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş
- 07.10.2026 [17:15]
Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya
- 07.10.2026 [16:51]