BDU-nun şəhid məzunu Ceyhun Şalıyevin məzarı ziyarət olunub
Bakı, 2 oktyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin kollektivi fakültənin məzunu, Vətən müharibəsi şəhidi Ceyhun Şalıyevin ailəsi ilə görüşüb, məzarını ziyarət edib.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Ziyarət zamanı çıxış edənlər bildiriblər ki, təhsil aldığı müddətdə nümunəvi tələbə kimi seçilən Ceyhun Şalıyevin əziz xatirəsi həm müəllimlərinin, həm də tələbə yoldaşlarının qəlbində daim yaşayacaq.
Ceyhun Şalıyev 2011-2015-ci illərdə BDU-nun Hüquq fakültəsində təhsil alıb, 2016-cı ildə Aprel döyüşlərində iştirak edib. 2020-ci ildə Vətən müharibəsində könüllü iştirak edən Ceyhun Şalıyev torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə mərdlik və fədakarlıq nümunəsi göstərib. O, Füzulinin azad olunması uğrunda gedən döyüşlər zamanı şəhidlik zirvəsinə yüksəlib.
Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə Ceyhun Şalıyev “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [15:10]
Rumıniya elmi nəşrində "Varlıq" jurnalının milli kimlikdəki rolu araşdırılıb
- 08.06.2026 [15:04]
BMU-nun tələbəsi İtaliyanın dörd nüfuzlu universitetinə qəbul olub
- 08.06.2026 [14:59]
Qarabağ və Şərqi Zəngəzurun bitki aləminə dair fundamental kitab nəşr olunub
- 08.06.2026 [14:34]
BDU-nun Astrofizika kafedrası: Bootid meteor yağışı olacaq
- 08.06.2026 [12:28]
AzTU-da təkrar ali təhsil almaq istəyənlər üçün sənəd qəbulu elan olunur
- 08.06.2026 [11:48]
Xınayaxdıdan “Henna Party”yə: rəqəmsal mühit mərasimlərimizi necə dəyişir?
- 08.06.2026 [11:37]