Azərbaycan Dövlət İnformasiya Agentliyi

BDU şəhid və qazi tələbə və məzunları ilə bağlı kompleks tədbirlər həyata keçirir

BDU şəhid və qazi tələbə və məzunları ilə bağlı kompleks tədbirlər həyata keçirir

Bakı, 29 iyul, AZƏRTAC

44 günlük Vətən müharibəsində Bakı Dövlət Universitetinin (BDU) tələbə və məzunları da iştirak ediblər. Vətən müharibəsində iştirak etmiş BDU məzunlarından 18-i şəhidlik zirvəsinə ucalıb.

Bunu AZƏRTAC-a müsahibəsində BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov deyib. O qeyd edib ki, Elşən Salayev, Yüksəl Əlizadə, Hüseyn Quliyev (Tarix fakültəsi), Ceyhun Şalıyev (Hüquq fakültəsi), Nadir Nadirli, Tərxan Qurbanov (Biologiya fakültəsi), Tural Eyyubov (Tətbiqi riyaziyyat və kibernetika fakültəsi), Fikrət Zeynallı, Şəhriyar Həbibli (Fizika fakültəsi), Kənan Məmmədov (Filologiya fakültəsi), Vüqar Məmmədov (İlahiyyat fakültəsi), Şamil Nəcəfov, Seyfəddin Dadaşov, Nicat Əhmədov (Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi), Manaf Bəhmənli (Mexanika-riyaziyyat fakültəsi), Cavid Manafov, Ataməli Musaoğlu (Sosial elmlər və psixologiya fakültəsi), Nurlan Əbilov (Coğrafiya fakültəsi) Vətən müharibəsində şəhidlik zirvəsinə ucalıblar.

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə şəhid tələbə və məzunlar müxtəlif orden və medallarla təltif ediliblər.

Ramin Səmədov bildirib ki, universitetin kollektivi, struktur bölmələri, eləcə də tələbə təşkilatları şəhidlərimizin xatirəsini daim uca tutmaq, tələbə-gəncləri şəhid və qazilərimizin qəhrəmanlıqları ilə tanış etmək məqsədilə mütəmadi tədbirlər həyata keçirir. Universitet rəhbərliyinin qərarına əsasən, şəhidlərimizin xatirəsinin uca tutulması, şəhidlik zirvəsinə ucalmış məzunlarımıza diqqət göstərilməsi, qazi tələbələrimizin təhsil problemlərinin öyrənilməsi və həlli istiqamətində dəstəyin göstərilməsi və s. məsələləri nəzərdə tutan tədbirlər planı işlənib-hazırlanıb.

Tədbirlər planına müvafiq olaraq, şəhidlərimizin xatirəsinin əziz tutulması, qəhrəman döyüşçülərimizin təhsil problemlərinin öyrənilməsi və onlara qayğı və diqqət göstərilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

BDU-nun şəhid tələbə və məzunlarının xatirə lövhəsi yaradılıb. Universitetin əsas binasının foyesində BDU-nun şəhid tələbə və məzunlarının xatirə lövhəsində şəhidlərimizin hər birinin fotoşəkili yerləşdirilib.

Vətən müharibəsində iştirak etmiş BDU tələbələrinin təhsil problemləri diqqətlə təhlil edilir, onlara pedaqoji, metodiki dəstəyin göstərilməsi istiqamətində müntəzəm iş aparılır. BDU Elmi şurasının 2021-ci il 3 fevral tarixli iclasının qərarı ilə Vətən müharibəsi iştirakçısı olmuş altqruplarda təhsil alan tələbələrin ödənişləri təhsil müəssisəsinin büdcəsindən ödənilir. Həmçinin müharibə iştirakçısı olan tələbələrin təhsil problemlərini həll etmək üçün, qanunvericiliyə müvafiq olaraq, bütün şərait yaradılır.

BDU-nun şəhid məzunlarına həsr olunmuş videoçarxlar hazırlanaraq təqdim edilir. BDU TV və BDU Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə şəhid və qazi tələbə və məzunlarımıza həsr olunan, onların keçdiyi şərəfli döyüş yolunun, valideynlərinin, ailə üzvlərinin, tələbə yoldaşları və müəllimlərinin xatirələrinin əks olunduğu videoçarxların hazırlanmasına başlanılıb. Sosial elmlər və psixologiya fakültəsinin şəhidlik zirvəsinə ucalmış məzunu Cavid Manafova həsr olunmuş ilk videoçarx ictimaiyyətə təqdim edilib.

Hüquq fakültəsində “Qəhrəmanını tanı” layihəsi çərçivəsində qəhrəmalarımızın tanıdılması məqsədilə videoçarxlar hazırlanır. İlk videoçarx Vətən müharibəsində rəşadətlə döyüşmüş və şəhidlik zirvəsinə ucalmış Hüquq fakültəsinin məzunu Ceyhun Şalıyevə həsr olunub.

BDU TV-də universitetin 18 şəhid məzunu haqqında sənədli film hazırlanır.

BDU-nun şəhid məzunlarının ailələri ilə mütəmadi əlaqə saxlanılır, onlara diqqət və qayğı göstərilir, şəhid valideynləri universitetdə təşkil olunan tədbirlərə dəvət olunurlar.

Universitet və Missiya internet televiziyasının birgə layihəsi olaraq “BDU-nun tarix yazan şəhid məzunları” layihəsi çərçivəsində şəhidlərimiz haqqında reportajlar hazırlanır. Layihənin məqsədi universitetin şəhidlik zirvəsinə ucalmış məzunlarının xatirəsini yaşatmaq, onların şərəfli döyüş yolunu yaddaşlara həkk etməkdir. Bu məqsədlə universitet kollektivinin və tələbə təşkilatlarının iştirakı ilə ziyarət olunan şəhid ailələrindən reportajlar hazırlanır və geniş ictimaiyyətə təqdim edilir. Layihə çərçivəsində BDU-nun şəhid tələbə və məzunlarından Cavid Manafov, Nicat Əhmədov, Şamil Nəcəfov, Manaf Bəhmənli, Ceyhun Şalıyev, Vüqar Məmmədov, Ataməli Musaoğlu haqqında reportajlar hazırlanıb. Layihə davam etdirilir.

2021-ci il iyunun 10-da Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev və əməkdaşlar Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin məzunu Şamil Nəcəfovun ailəsi ilə görüşüb. Şəhidin ali təhsil haqqında diplomu valideynlərinə təqdim olunub.

BDU-nun şəhid tələbə və məzunları və qazi tələbələri haqqında məqalələr, müsahibələr hazırlanaraq ölkənin kütləvi informasiya vasitələrində dərc olunur. Eyni zamanda, BDU-nun rəsmi saytı, sosial media hesabları və “Bakı Universiteti” qəzetində şəhid tələbə və məzunlarımız, qazilərimiz haqqında mütəmadi olaraq materiallar verilir.

Vətən Müharibəsi iştirakçısı olan tələbə və məzunlarla onlayn görüşlər, dəyirmi masalar və s. keçirilir.

2020-ci il dekabrın 15-də “Vətən müharibəsi BDU tələbələrinin gözü ilə” onlayn rəsm müsabiqəsi elan olunub, müsabiqə qaliblərinin əsərləri KİV-də yer alıb.

Kimya fakültəsində “Qarabağa bahar gəldi” onlayn rəsm müsabiqəsi keçirilib, müsabiqəyə tələbələr parlaq Qələbəmiz və qəhrəman əsgərlərimizə həsr etdikləri rəsmləri təqdim ediblər.

BDU-nun şəhid məzunlarına həsr olunan kitab nəşrə hazırlanır. Kitabda BDU-nun 18 şəhid məzunu haqqında müəllimlərinin və tələbə yoldaşlarının fikirləri də öz əksini tapacaq.

Tədbirlər planına müvafiq olaraq müxtəlif layihələr, tədbirlər davam etdirilir.

Şəhidlər bizim qürurumuz, fəxrimizdir. Onların xatirəsini əziz tutmaq hər birimizin ən müqəddəs borcudur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb

Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etməyi planlaşdırır

ABŞ Prezidenti Ağ Evin mətbuat katibinin istefasını təsdiqləyib

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib

İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib

Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir

Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır

Fatimə Cəfərzadə: Xuraman obrazı üzərində işləmək mənim üçün maraqlı təcrübə oldu

YAP İdarə Heyətinin iclası olub

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi möhtəşəm qala gecəsi ilə qeyd olunub – YENİLƏNİB

Hörmüz boğazında batan gəminin konteynerlərində təhlükəli maddələr ola bilər

Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq

Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib

Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub

Şəhid ailələrindən olan istedadlı uşaqlar III Beynəlxalq Opera Festivalında iştirak ediblər

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb

Ramil Qasımov: “Vaqif” operası Ramiz Mustafayevin yaradıcılıq irsinin dəyərli nümunəsidir

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

Putin Ukraynanın hərbi sənaye obyektlərinə və logistika mərkəzlərinə zərbələrin davam etdirilməsini tapşırıb

Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Peruda Qarabağ xalçasının açılışı olub – Azərbaycan mədəni irsi Peruda nümayiş olunur

“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram

BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb

Mina Abbasova: “Təxəyyülün köçəri ocağı” sərgisinin mərkəzində nostalji hissi dayanır

BVF: Fransanın 2027-ci il üzrə ümumi maliyyələşmə ehtiyacı 690 milyard avroya çatacaq

Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əməkdar rəssam: Sərgi onilliklər sonra öz əsərlərimə yeni gözlə baxmağa imkan verdi

Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb

Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib

Kəngərli rayonunda müşavirə: İqtisadi müstəqillik dövlətimizin gücünü möhkəmləndirir

Milli birlik, ideoloji təhlükəsizlik və inkişaf - Qaxda qarşıda duran hədəflər müzakirə olunub

Qəbul edilən qərarların nəticələri insanların gündəlik həyatında hiss edilməlidir - Ordubadda müşavirə

Multidisiplinar rəssam: Əsərlərimdə nostaljinin fərqli tərəflərini əks etdirməyə çalışmışam

Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib

Bu saata olan əsas xəbərlər

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

“Environmental Protection First” koalisiyası COP17 ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib

Prezident İlham Əliyevin mesajları Qərb institutlarına ciddi xəbərdarlıq idi ŞƏRH

Qusar-Əniq-Laza yolunda iki yeni körpü inşa olunur

“Təxəyyülün köçəri ocağı”: Keçmişin izləri müasir incəsənətdə

Azərbaycanlı xanım fermer FAO-nun “100 Qadın Qəhrəmanı”ndan biri seçilib

Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Sabitlik və milli həmrəylik Azərbaycanın qarşıya qoyduğu strateji hədəflərə çatması üçün əsas şərtdir

Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibətilə Komitənin kollektivinə və paralimpiyaçılara

Gəncə Dövlət Universitetində Müstəqilliyin Bərpası Günü qeyd edilib

Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər

Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir

Vətən müharibəsi qazisi: Vətənə sevgi, dövlətə sədaqət və milli birliyimizin qorunması hər birimizin məsuliyyətidir

Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir VİDEO

Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir VİDEO

Dövlət Statistika Komitəsi son illərdə 212 mindən çox nəzarət markası sifariş edib

Mədəniyyət naziri Adil Kərimli Füzuli şəhərində vətəndaşların müraciətlərini dinləyib

Taleh Kazımov: 2027-2030-cu illərin iqtisadi gündəliyindəki struktur islahatlar şaxələndirmənin miqyasını və sürətini müəyyən edəcək

Azərbaycan regionda sülhün və sabitliyin təmin olunmasında mühüm rol oynayır - ŞƏRH

ICESCO-nun Bakı Regional Ofisi 12-ci Beynəlxalq Kitab Sərgisində xüsusi pavilyonla təmsil olunacaq

218 nömrəli yeni marşrut xətti istifadəyə verilir

Mərkəzi Bank 2026-cı və 2027-ci illər üzrə inflyasiya proqnozlarını açıqlayıb

BDU Özbəkistanın 9 universiteti ilə əməkdaşlığa başlayır

Taleh Kazımov: Bu il strateji valyuta ehtiyatımız 700 milyon dollar artıb

Nurcan Kelbuqanov: TBNM müasir, rəqəmsal, multimodal marşruta çevrilməlidir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub

Binəqədi şosesində nəqliyyatın hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək

Xankəndidə BMU ilə Özbəkistanın iki ali təhsil müəssisəsi arasında memorandumlar imzalanıb

Azərbaycan və Banqladeş arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə edilib

Çexiyada Senata seçkilərin ikinci turu keçirilir

“Şahinlərin Görüşü-2026”da iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyəti ölkəmizə səfər edib

Energetika Nazirliyində YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş tədbir keçirilib

Media nümayəndələrinə standartlaşdırma mövzusunda təlim keçirilib

Efiopiyada Tiqray bölgəsinə altıaylıq keçid administrasiyası yaradılıb

Mərkəzi Bankın sədri “Global Finance”a müsahibəsində Azərbaycanın maliyyə islahatlarından danışıb

Asimmetrik sintez: həyatın mənşəyi və dərman istehsalı baxımından yeni imkanlar

Avropada qazın qiyməti 2022-ci ilin dekabrından bəri ən yüksək səviyyədədir

“Şahinlərin Görüşü-2026” təlimində tapşırıqlar uğurla icra olunur

“Effektiv idarəetmə və makroiqtisadi göstəricilər” işçi qrupunun növbəti iclası baş tutub

Macarıstan Aİ-nin karbon qiymətləri sisteminin tətbiqinin təxirə salınmasını tələb edir

ARDNF-nin icraçı direktoru "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb

Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq

TƏBİB-in icraçı direktoru Qubada vətəndaşların müraciətlərini dinləyib

Müstəqilliyin bərpası Azərbaycan xalqının milli iradəsinin təcəssümüdür - universitetdə tədbir

Hadrutda “Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Hadrutda “Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevdən mühüm mesajlar: Müharibə bizim seçimimiz olmayıb VİDEO

Prezident İlham Əliyevdən mühüm mesajlar: Müharibə bizim seçimimiz olmayıb VİDEO

BDU-da “Azərbaycan dili - Açıq dərslər” layihəsi davam edir

Səyyar Gənclər Xidmətinin növbəti dayanacağı Ucar olub

Ermənistanın keçmiş rəhbərliyi Azərbaycan xalqına qarşı cinayətlərə görə məsuliyyət daşıyır RƏY

BVF ilə Dünya Bankının İllik Toplantılarında Azərbaycanın iqtisadi prioritetləri və beynəlxalq maliyyə əməkdaşlığı dəyərləndirilib

Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir

Qarabağ Universiteti “Rebuild Karabakh” sərgisində təmsil olunur

Diaspor nümayəndəsi: Tarixi əlaqələr Azərbaycanla Kamboca arasında əməkdaşlığın inkişafına töhfə verə bilər

“Xocavənd əməliyyatı” zamanı şəhid olan əfsanəvi kəşfiyyatçıların xatirəsi anılıb VİDEO

“Xocavənd əməliyyatı” zamanı şəhid olan əfsanəvi kəşfiyyatçıların xatirəsi anılıb VİDEO

BDU-da Müstəqilliyin Bərpası Günü qeyd olunub

Londonda Azərbaycanın maarifçilik tarixi və fəlsəfi irsi təqdim edilib

Beynəlxalq konfransda türk dilləri ilə bağlı araşdırmalar təqdim olunub

Türk ekspert: Azərbaycan Avrasiya məkanında enerji və nəqliyyat təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır

Nizami rayonunda Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr müzakirə olunub

Gənclərin zərərli ideoloji təsirlərdən qorunması əsas vəzifələrdəndir

Şərqşünaslıq İnstitutunda Azərbaycan dövlətçiliyi tarixinə dair mühazirə oxunub

“Qarabağ Hakatonu 2026” yarışması başa çatıb