Bəhlul Mustafazadə: Belarus üzərində qələbə qazanaraq xalqımızı sevindirmək istəyirik
Bakı, 5 iyun, AZƏRTAC
Qazaxıstanla oyuna çox yaxşı başladıq, kifayət qədər qol imkanları yaratdıq, müdafiədə də etibarlı çıxış etdik. Sadəcə, qol imkanlarını reallaşdıra bilmədik. Qazaxıstanla oyunda qol imkanlarını qaçırdıqca bizim də üzərimizə təzyiqlər artdı və səhvlərdən qollar buraxdıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri UEFA Millətlər Liqası çərçivəsində iyunun 6-da Serbiyanın Novi Sad şəhərində Belarus millisi ilə qarşılaşacaq Azərbaycan yığmasının üzvü Bəhlul Mustafazadə oyundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.
Futbolçu, həmçinin bildirib: “Rəqib komandanı təhlil etmişik. Qazaxıstan millisi kimi, Belarus da 5 müdafiəçi ilə oynayır. Ancaq Belarus Qazaxıstandan daha kompakt komandadır. Onlara qarşı kreativ olmalıyıq. Buna görə də kreativliyimizi artırmalı və ələ düşən imkanlardan yararlanmalıyıq. Əlimizdən gələni edəcəyik ki, Belarus üzərində qələbə qazanaraq həm özümüzü, həm də Azərbaycan xalqını sevindirək”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [22:46]
“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib
- 06.10.2026 [18:37]
Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO
- 06.10.2026 [18:29]
Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək
- 06.10.2026 [18:09]
Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib
- 06.10.2026 [15:14]
“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər
- 06.10.2026 [14:44]