BEKHEMİN DÜNYA ÇEMPİONATINA GETMƏSİ ÜÇÜN ONUN AVROPAYA QAYITMASI ZƏRURİDİR
Bakı, 10 avqust (AZƏRTAC). İngiltərə yığma komandasının baş məşqçisi Fabio Kapello bildirmişdir ki, “Los-Anceles Gelaksi” komandasının yarımmüdafiəçisi Devid Bekhemin İngiltərə milli yığma komandasının heyətində Cənubi Afrika Respublikasında keçiriləcək Dünya çempionatına getməyə ümid etməsi üçün cari mövsümün ikinci yarısında onun Avropanın ən güclü çempionatlarından birinə qatılması zəruridir. Məşqçi onu da bildirmişdir ki, bu barədə onun fikri Bekhemə məlumdur.
İngiltərə yığma komandasının məşqçisi demişdir: “Bekhem çox yaxşı bilir ki, ən geci bu ilin dekabrında Avropanın ən yaxşı çempionatlarından birinə qayıtmasa, onun dünya çempionatına getmək şansı olmayacaqdır”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [21:04]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
- 16.10.2026 [17:59]
Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq
- 16.10.2026 [17:40]
Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]