Belarus ilə Azərbaycan arasında mədəniyyət sahəsində intensiv və səmərəli qarşılıqlı fəaliyyət inkişaf edir
Bakı, 2 mart, AZƏRTAC
Belarus ilə Azərbaycan arasında mədəniyyət sahəsində intensiv və səmərəli qarşılıqlı fəaliyyət inkişaf edir. Belarus və Azərbaycan tərəfləri mütəmadi olaraq iki ölkənin teatr kollektivləri arasında qarşılıqlı yaradıcılıq səfərləri təşkil edir.
Bu barədə AZƏRTAC-a müsahibəsində Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç bildirib.
Səfir Gennadi Axramoviç Belarusun Milli Akademik Böyük Opera və Balet Teatrının və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistlərinin hər il Minsk və Bakı səhnələrində təşkil olunan birgə quruluşlarda iştirakını xüsusi olaraq vurğulayıb. O deyib: “Yeri gəlmişkən, martın 15-də Bakıda, Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində Belarusun Kinoaktyor Teatr-Studiyasının və “TriTformaT” teatr layihəsinin aparıcı belaruslu artistlərinin - Vera Polyakova, Yuri Baranov, Artyom Davidoviç, Yelena Girenok, Alesya Puxovaya və Stanislav Savostinin təqdimatında “Nikah müqaviləsi” musiqili komediyası nümayiş etdiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [18:20]
Muğam Mərkəzində “Turandan gələn səda”
- 16.06.2026 [17:10]
Bakıda “Keçmişdən gələcəyə – ənənəvi izlər” adlı sərgi açılıb
- 16.06.2026 [16:08]