Belarus mətbuatında Azərbaycanda keçirilən prezident seçkiləri geniş işıqlandırılıb
Kiyev, 8 fevral, AZƏRTAC
Azərbaycanda keçirilən növbədənkənar prezident seçkiləri Belarus mətbuatında geniş işıqlandırılıb.
AZƏRTAC xəbər verir ki, “BELTA” dövlət informasiya agentliyi və “Belarus Segodnya” nəşrində Azərbaycanda keçirilən seçkilərlə bağlı silsilə məqalələr dərc olunub.
Məlumatlarda seçkilərin ilk dəfə olaraq müstəqil Azərbaycanın bütün ərazilərində keçirilməsi xüsusi vurğulanıb. Həmçinin səsvermənin yekunu, “exit-poll”un nəticələri, Prezident İlham Əliyevin yenidən böyük səs çoxluğu ilə qələbə qazandığı, beynəlxalq müşahidəçilərin seçkilərə dair yüksək fikirlərinə dair məqalələr yer alıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev