Belarus Ukrayna ilə sərhəd ərazilərə əlavə ağır hərbi texnikalar yerləşdirir
Kiyev, 11 avqust, AZƏRTAC
Belarus Ukrayna ilə sərhəd ərazilərə əlavə ağır hərbi texnikalar yerləşdirir.
AZƏRTAC-ın Belarus Müdafiə Nazirliyinin teleqram səhifəsinə istinadla verdiyi məlumata görə, qeyd olunur ki, mexanikləşdirilmiş birləşmələrdən birinin bölmələri qarşıya qoyulan tapşırıqları yerinə yetirməyə hazırdır.
“Hərbi heyət hərbi texnikanı dəmir yolu nəqliyyatına yükləyir və təyin olunmuş ərazilərə birgə yürüş etməyə başlayır. Bir gün əvvəl Silahlı Qüvvələrin Ali Baş Komandanı mümkün təxribatlara cavab vermək üçün Qomel və Mozır taktiki istiqamətlərində qoşunların qruplaşdırılmasının gücləndirilməsi ilə bağlı tapşırıqlar verib”, - deyə Belarusun Müdafiə Nazirliyinin teleqram səhifəsində bildirilib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev