Belarusda seçicilərin 78 faizə yaxını səs verib
Kiyev, 7 fevral, AZƏRTAC
Fevralın 7-nə təyin edilmiş növbədənkənar prezident seçkisi ilə əlaqədar Azərbaycanın Belarusdakı səfirliyində səsvermə uğurla başa çatıb.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, 19 saylı Nərimanov birinci seçki dairəsi üzrə Azərbaycanın Belarusdakı səfirliyində yaradılmış 38 saylı seçki məntəqəsində səsvermə yerli vaxtla saat 19:00-da başa çatıb.
Seçicilərin 78 faizə yaxını Zəfər seçkisində səsvermədə iştirak edib.
Səsvermə prosesi zamanı seçki komissiyasına hər hansı şikayət daxil olmayıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev