Belaruslu qadın güləşçi XV Avropa Gənclər Olimpiya Festivalında qızıl medala sahib olub
Bakı, 23 iyul, AZƏRTAC
Belarus güləşçisi Kristina Zdunkeviç (57 kq) iyulun 23-də XV Avropa Gənclər Olimpiya Festivalının qalibi adını qazanıb.
AZƏRTAC xəbər verir ki, o, finalda norveçli Ofelia Annette Hoyeni məğlub edib - 7:2. Bununla da K.Zdunkeviç ölkəsinin aktivinə ikinci qızıl medalı yazdırıb.
Bu çəki dərəcəsində bürünc medallara Rusiya təmsilçisi Daria Manuil və macarıstanlı Roza Sentamasi sahib olublar.