Bərdədə Beynəlxalq Ekoloji Bilik Gününə həsr olunmuş tədbir keçirilmişdir
Bərdə, 16 aprel (AZƏRTAC). Bərdədə Beynəlxalq Ekoloji Bilik Gününə həsr olunmuş tədbir keçirilmişdir.
Heydər Əliyev muzeyində keçirilən tədbirdə YAP Bərdə rayon təşkilatının, Ekologiya və Təbii Sərvətlər Nazirliyi rayon şöbəsinin, Elmi Tədqiqat Meşə institutunun, Ekoloji İnformasiya İctimai Birliyinin Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin nümayəndələri, Dövlət İdarəetmə və Texnologiya Kollecinin tələbələri, orta məktəblərin şagirdləri iştirak etmişlər.
Tədbirdən əvvəl rayon məktəblilərinin ekoloji problemlərə həsr etdikləri rəsmlərdən ibarət sərgi açılmışdır.
Kollecin metodisti, Ekoloji İnformasiya İctimai Birliyi sədrinin müavini Xosrov Musayevin “Müasir dünyanın ekoloji problemləri” mövzusunda məruzəsi dinlənilmişdir.
“Yaşıl dünya” klubunun üzvləri təbii fəlakətlərə dair kompozisiya nümayiş etdirmiş, buzlaqların əriməsi barədə videoçarx göstərilmişdir.
Tədbir iştirakçılarına “Qlobal istiləşmə təhlükəlidir” mövzusunda bukletlər paylanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [13:25]
Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA
- 29.09.2026 [12:51]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 29.09.2026 [09:53]
Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 28.09.2026 [17:00]
Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib
- 28.09.2026 [16:18]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 28.09.2026 [14:50]
Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ
- 28.09.2026 [13:13]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]