Bərdədə gənclər ekologiya ilə bağlı məlumatlandırılıb
Bərdə, 22 sentyabr, AZƏRTAC
Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Bərdə nümayəndəliyi tərəfindən ekologiyaya həsr edilmiş “Yaşıl gələcək naminə” adlı təlim keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təlim zamanı GİKM-in Bərdə nümayəndəliyinin mütəxəssisi Şəbnəm Hüseynova gənclərə ətraf mühitin mühafizəsi, regionda və dünyada yaranmış̧ ekoloji problemlər, onların həlli yolları ilə bağlı məlumat verib.
Təlimin sonunda gənclərin Bərdə rayonu ərazisində ətraf mühitə verə biləcəkləri töhfə barədə müzakirə aparılıb.