REGİONLAR
Bərdədə şahmat üzrə “Könüllülər kuboku”nun qalibləri müəyyənləşib
Bərdə, 3 sentyabr, AZƏRTAC
Bərdə rayonunda şahmat üzrə “Könüllülər kuboku”nun qalibləri müəyyənləşib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Bərdə Rayon Gənclər və İdman İdarəsinin, Yeni Azərbaycan Partiyası rayon təşkilatının, Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə Uşaq Gənclər Şahmat İdman Məktəbində keçirilən yarışda idarə və müəssisələrdə fəaliyyət göstərən 16 nəfər gənc könüllü mübarizə aparıb. Pandemiya dövrünün tələblərinə əməl etməklə, açıq hava şəraitində gərgin idman mübarizəsi şəraitində keçən şahmat yarışında Məhiş Məhərrəmzadə birinci, Fəxri Əliyev ikinci, Şamxal Yaqubov üçüncü yerə layiq görülüblər.
Yarışın qalibləri müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunacaqlar.