Berlində Avropa Xəbər Agentlikləri Alyansının növbəti konfransı işə başlayıb
Berlin, 4 aprel, AZƏRTAC
Berlində Avropa Xəbər Agentlikləri Alyansının (EANA) növbəti konfransı öz işinə başlayıb. Budəfəki konfrans informasiya agentliklərinin yanlış informasiyaya və feyk xəbərlərə qarşı mübarizəsində istifadə edilən texnoloji yeniliklər mövzusuna həsr olunub. Almaniyanın “dpa” xəbər agentliyinin binasında keçirilən konfransda alyansa üzv agentliklər, o cümlədən AZƏRTAC iştirak edir. Agentliyi bu dəfə Almaniyadakı xüsusi müxbiri Vüqar Seyidov təmsil edir.
AZƏRTAC xəbər verir ki, konfransın proqramında bu sahədə aparıcı ekspertlərin çıxışı nəzərdə tutulub.
Avropa Komissiyasının büdcə və insan resursları üzrə komissarı Günter German Ottinger Berlinə gələn qonaqları salamlayıb. O, özünün qısa nitqində qeyd edib ki, EANA-ya üzv xəbər agentlikləri yağışdan sonra bitən göbələk kimi artan media resurslarının yaydığı feyk xəbərlərə qarşı mübarizədə aparıcı rol oynayırlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [12:46]
Türk ekspert: Avrasiyanın yolları Azərbaycanda kəsişir
- 28.09.2026 [12:00]
Vətən müharibəsinin xronikası: 28 sentyabr
- 27.09.2026 [23:11]
Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib
- 27.09.2026 [19:19]
Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib
- 27.09.2026 [18:54]