QAN YADDAŞI
Berlində “Qarabağ – itirilmiş Vətən haqqında hekayələr”adlı ədəbi gecə keçiriləcəkdir
Bakı, 18 fevral (AZƏRTAC). Fevralın 25-də Berlində Xocalı soyqırımının 21-ci ildönümü ilə bağlı “Qarabağ - itirilmiş Vətən haqqında hekayələr” adlı ədəbi gecə keçiriləcəkdir.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, Avropa Azərbaycanlıları Konqresi, eləcə də komitənin dəstəyi ilə keçiriləcək gecədə yazıçı-publisisti Günel Anarqızının alman dilinə tərcümə olunmuş “Qarabağ hekayələri” kitabının təqdimatı nəzərdə tutulmuşdur. Kitabda Günelin bu doğma və eyni zamanda uzaq diyarla bağlı acılı-şirinli xatirələri yer almışdır.
Tədbirdə Avropa Azərbaycanlıları Konqresinin prezidenti Samira Patzer-İsmailova, Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov, Potsdam Universitetinin professoru Vilfrid Furman iştirak edəcəklər.
Tədbirdə, həmçinin “Qarabağ hekayələri”nin Azərbaycan dilində audio formatının yazılmasında əməyi olan Nərgiz Cəlilova və Emin Musəvi də iştirak edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.02.2024 [16:41]
Xocalı soyqırımı şahidinin xatirələri holland dilində dərc olunub
- 28.02.2024 [17:00]
Dmitri Savelyev: Xocalı hadisələrinə soyqırımından başqa ad vermək çətindir
- 28.02.2024 [02:18]