Berlindəki Sınıq Kilsənin qarşısında Xocalı soyqırımının 19-cu ildönümü ilə əlaqədar nümayiş olmuşdur
Berlin, 1 mart (AZƏRTAC). Berlinin mərkəzi meydanlarından olan Braytşaydplatzdakı Sınıq Kilsənin qarşısında Xocalı soyqırımının 19-cu ildönümü ilə əlaqədar böyük nümayiş keçirilmişdir. Nümayiş Berlində fəaliyyət göstərən Azərbaycan Evi, Alman-Azərbaycan Həmrəylik Cəmiyyəti, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi tərəfindən təşkil olunmuşdur.
Nümayişdə Xocalı faciəsini əks etdirən fotomateriallardan, “Xocalıya ədalət!” kampaniyasının erməni millətçilərinin qanlı hərəkətlərini açıqlayan şüarlarından istifadə olunmuş, informasiya vərəqələri yayımlanmışdır. Xocalı haqqında həqiqətləri işıqlandıran yazılı material alman ictimaiyyətinə paylanmışdır. Mitinqdə Xocalı qətliamına dünya ictimaiyyəti tərəfindən siyasi qiymət verilməsinə dair bəyanat-çağırış oxunmuşdur. Nümayişdə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı, Almaniyada fəaliyyət göstərən Azərbaycan cəmiyyətlərinin fəalları, türk və yəhudi diasporunun nümayəndələri iştirak etmişlər.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]