Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bərpaçı-keşikçilər və ya tarixi eksponatların ömrünü uzadanlar - REPORTAJ

Bakı, 14 dekabr, AZƏRTAC

Xalqımıza məxsus tarixi və mədəni irsin yaşadılmasında onların böyük payı var. İşə sevgi ilə yanaşır, tapşırılan vəzifəni səbirlə yerinə yetirirlər. Onlar dünəndən bu günə ötürülən mədəni irsimizin keşikçiləridirlər. Muzeylərdə gördüyümüz bir çox tarixi və mədəni irs nümunələrinin ömrünü uzadanlar onlardır.

Bu qəhrəmanlar mədəni irsimizin sistemli şəkildə qorunmasında xüsusi əmək sərf edirlər. Onlara tapşırılan hər bir iş tarixi əhəmiyyət kəsb edir.

Haqqında danışdığımız qəhrəmanlar Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzində çalışan bərpaçı-rəssamlardır.

AZƏRTAC Mərkəzin 65 illiyində burada çalışan işçilərin fəaliyyətini və görülən işlərin maraqlı məqamlarını oxucularla bölüşür.

Onlarla eksponat bərpa mərhələsində

Mərkəzə daxil olduğumuz zaman əməkdaşları xüsusi iş paltarında - ağ xalatda görürük. Hamı iş başındadır və hər kəs bir məmulatın bərpa və konservasiyası ilə məşğuldur. Bizi Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin elmi-işlər üzrə direktor müavini İranə İbrahimova qarşılayır.

Bərpa prosesində olan hər bir əşya ilə yaxından tanış olduqda, zəngin məlumat əldə edirik.

İranə İbrahimova Mərkəzin şöbələri, burada çalışan bərpaçı-rəssamlar və onların gördüyü işlərdən danışır. Əvvəlcə, Mərkəzdə dörd şöbə - “Elmi - tədqiqat”, “Rəngkarlıq”, “Qrafika” və “Tətbiqi incəsənət” şöbələrinin olduğu haqqında məlumat alırıq. Səbirsizliklə eksponatların Mərkəzə daxil olma prosesi və sonrakı etapları barədə öyrənmək istəyirik. Həmsöhbətimiz deyir ki, hər yeni eksponat Mərkəzə daxil olduğu zaman özü ilə maraqlı informasiyalar gətirir. Eksponatlar barədə əldə edilən yeni informasiyalar sonradan aid olduğu sahə üçün yeni sübutlara və tarixi faktlara çevrilir. Hazırda burada Milli İncəsənət Muzeyi, Dövlət Rəsm Qalereyası, Milli Xalça Muzeyi, Gəncə Tarix-Diyarşünaslıq Muzeyi, Dövlət Teatr Muzeyi, Saatlı Tarix-Diyarşünaslıq Muzeyi, Masallı Tarix-Diyarşünaslıq Muzeyi, Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyi, Bərdə Tarix-Diyarşünaslıq Muzeyi, S. Rəhmanın ev-muzeyi, Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyi, Qusar Tarix-Diyarşünaslıq Muzeyi, M. F. Axundzadənin ev-muzeyi və Sabirabad Tarix-Diyarşünaslıq Muzeyindən daxil olan eksponatlar bərpa olunur.

Mərkəzə daxil olan onlarla eksponatın bərpa mərhələsində olduğunu görürük. Direktor müavini bizə bərpa və konservasiya prosesi haqqında danışır. Bildirir ki, hər bir eksponat çətin mərhələlərdən keçdikdən sonra həyata qaytarılır.

“Şuşa İli”ndə 2073 eksponat bərpa olunub

Mərkəzə daxil olan eksponata ilkin mərhələdə müdaxilə etmək olmaz. Onun sözlərinə görə, bərpa üçün gətirilmiş sənət nümunəsi əvvəlcə dezinfeksiya olunur. Sonra onun adına elmi pasport açılır, hazırkı vəziyyətini əks etdirən fotosu çəkilir. Sonra Mərkəzin mütəxəssislərindən ibarət elmi şura bərpaçılara zəruri tövsiyələrini verir. Bərpa metodu müəyyən edildikdən sonra işə başlanılır. Bərpa və konservasiya prosesi yekunlaşanadək mütəmadi məsləhətləşmələr aparılır. Direktor müavininin sözlərinə görə, bu il - “Şuşa İli”ndə Mərkəzdə rayon və şəhər muzeylərinə məxsus 2073 ədəd eksponatın bərpa prosesi həyata keçirilib.

“Bəzən tarixi lap qədimə dayanan eksponatlar olur ki, onlarla kövrək davranmaq tələb edilir. Bu günədək Mərkəzdə bərpa prosesi aylarla, illərlə davam edən eksponatlar olub. Ancaq elə məmulatlar olub ki, bir neçə günün içində bütün işləri yekunlaşdırılıb. Burada əşyanın tarixi əhəmiyyəti böyük önəm daşıyır. Ən birinci iş daxil olan əşyalara xüsusi həssaslıq göstərməkdir”,- deyə Mərkəzin direktor müavini söyləyib.

Bərpaçı-keşikçilər iş başında

Mərkəzdəki müşahidələrimiz davam edir. Bərpaçı-rəssam Əsmayə Abduləzimovanın işini izləyirik. Hazırda gördüyü işlə bağlı bizi bilgiləndirir. O qeyd edir ki, əlindəki yun, xovlu toxunuşlu xalçanın dublirə (yeni əsas verilmə) prosesini həyata keçirir. Bu eksponat XIX əsrin sonuna aiddir və Gəncə Tarix Diyarşünaslıq Muzeyindən daxil olub.

Bərpaçı -rəssam Rasim Cəfərovun əlindəki gümüşdən olan kəmər diqqətimizdən yayınmır. Yaxınlaşıb məlumat alırıq. R.Cəfərov deyir ki, XIX əsrə aid bu məmulat da Gəncə Tarix Diyarşünaslıq Muzeyindən daxil olub. Bərpaçı-rəssam uzunluğu 127 sm , eni -2 sm , çəkisi 759 qram olan bu kişi kəmərinin dəri üzərində bərpa işini həyata keçirir.

Mərkəzdə müxtəlif forma və ölçüyə malik sikkələr marağımızı çəkir. Məlumat verilir ki, sayı 1494 ədəd olan sikkələr Saatlı Tarix Diyarşünaslıq Muzeyinə məxsusdur. Tarixləri təxminən orta əsrlərə aiddir. Onlar müxtəlif ölçü və formaya (kəsmə, döymə, zərb) malikdirlər. Sikkələr Saatlı rayon Seyidoba kəndi ərazisindən təsadüfi qazıntı zamanı tapılıb. Hazırda bərpa prosesindədir.

Bərpaçı -rəssam Elmira Səfərova deyir ki, tarixi XX əsrə aid əlindəki eksponat rəssam Salam Salamzadəyə aid “Laçın dağları” mənzərəsidir. Dövlət Rəsm Qalereyasından gətirilib. Bu əsər kətan üzərində yağlı boya ilə çəkilib. Hazırda bərpaçı-rəssam portretin üzərində zəminin təmizlənməsi prosesi ilə məşğuldur.

Gündüz Məmmədov də işini peşəkarlıqla yerinə yetirən bərpaçı -rəssamdır. Deyir ki, hazırda əlindəki məmulatın adı “Qora döyən qab”dır. Sabit Rəhmanın ev-muzeyinə məxsusdur. İndi onun başlıca işi bu eksponatın qoruyucu layla örtülmə işini həyata keçirməkdir.

Digər bərpaçı -rəssam Xatirə Tağıyevaya yaxınlaşırıq. O, Azərbaycan Milli İncəsənət Muzeyinə aid və Əzim Əzimzadənin kağız, sulu boya ilə çəkilmiş əsərlərinin paspartuya salınma prosesini işləyir. Qarşıdakı günlərdə bu işin yekunlaşacağını qeyd edir.

Bərpaçı -rəssam Sima Bəydəmirovanın da gördüyü iş maraqlıdır. O, əlindəki Meysen istehsalı olan vaza üzərində bərpa işi görür. Bildirir ki, Milli İncəsənət Muzeyindən daxil olan bu eksponatın tarixi XVIII-XIX əsrlərə aiddir. Ölçüsü 34 sm olan eksponatın şirə üstü naxışları bərpa olunmalı, zərləmə prosesi dəqiq işlənilməlidir.

Bərpaçı -rəssam Xatirə Əmirova Azərbaycan Milli Xalça Muzeyindən daxil olan XX əsrin əvvəlinə aid üzərində həndəsi formalı güllərlə bəzədilən məfrəş (xalça məmulatı) konservasiya prosesini həyata keçirir. Məfrəşin maraqlı görünüşü var. Əsasən ağ, sumağı, göy, yaşıl rənglərdən istifadə olunub. İndi onu elə bərpa etmək lazımdır ki, əvvəlki vəziyyətini almış olsun. Xatirə xanım işin böyük bir qisminin görüldüyünü qeyd edir. O, yaxın günlərdə bu eksponatın aidiyyəti üzrə təhvil veriləcəyinə ümidvardır.

28 minə yaxın eksponat bərpa və konservasiya edilib

Azərbaycanda muzey sərvətlərinin bərpa işinin təməli 1957-ci ildə bərpaçı-rəssam Fərhad Hacıyev tərəfindən qoyulub. Respublikamızda muzey sərvətlərinin elmi bərpasına başlanılması XX əsrin 50-ci illərinə təsadüf edir. Mərkəz respublikanın 225-dən çox aparıcı, ev, rayon tarix-diyarşünaslıq muzey müəssisələri üçün bərpa xidməti göstərir. Yarandığı gündən bu günədək Mərkəz 28 minə yaxın müxtəlif növ muzey əşyasının bərpa və konservasiyasını həyata keçirib. Bunların sırasına tikmə, geyim, parça nümunələri, xalça və xalça məmulatları, bədii metal nümunələri (o cümlədən gümüş məmulatı), keramika nümunəsi, ağac əşya və işləmələr, musiqi alətləri, arxeoloji qazıntılardan əldə olunmuş əşyalar daxildir. Mərkəzin başlıca vəzifəsi Mədəniyyət Nazirliyinə tabe olan muzeylərdə bərpaya ehtiyacı olan məmulatların qeydiyyata alınması, praktiki və konservasiya əməliyyatlarının aparılması, muzeylərdə əşyaların mühafizə vəziyyətinin yoxlanılması və lazımi məsləhətlərin verilməsindən ibarətdir.

Aldığımız məlumatlar əsasında onu da öyrəndik ki, Mərkəz tərəfindən “Şuşa İli” çərçivəsində bir neçə layihələr icra olunub, hazırda regionlarda maarifləndirici tədbirlər davam edir.

 
Ceyhun Alışlı,
AZƏRTAC-ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır

Fatimə Cəfərzadə: Xuraman obrazı üzərində işləmək mənim üçün maraqlı təcrübə oldu

YAP İdarə Heyətinin iclası olub

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi möhtəşəm qala gecəsi ilə qeyd olunub – YENİLƏNİB

Hörmüz boğazında batan gəminin konteynerlərində təhlükəli maddələr ola bilər

Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq

Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib

Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub

Şəhid ailələrindən olan istedadlı uşaqlar III Beynəlxalq Opera Festivalında iştirak ediblər

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb

Ramil Qasımov: “Vaqif” operası Ramiz Mustafayevin yaradıcılıq irsinin dəyərli nümunəsidir

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

Putin Ukraynanın hərbi sənaye obyektlərinə və logistika mərkəzlərinə zərbələrin davam etdirilməsini tapşırıb

Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Peruda Qarabağ xalçasının açılışı olub – Azərbaycan mədəni irsi Peruda nümayiş olunur

“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram

BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb

Mina Abbasova: “Təxəyyülün köçəri ocağı” sərgisinin mərkəzində nostalji hissi dayanır

BVF: Fransanın 2027-ci il üzrə ümumi maliyyələşmə ehtiyacı 690 milyard avroya çatacaq

Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əməkdar rəssam: Sərgi onilliklər sonra öz əsərlərimə yeni gözlə baxmağa imkan verdi

Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb

Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib

Kəngərli rayonunda müşavirə: İqtisadi müstəqillik dövlətimizin gücünü möhkəmləndirir

Milli birlik, ideoloji təhlükəsizlik və inkişaf - Qaxda qarşıda duran hədəflər müzakirə olunub

Qəbul edilən qərarların nəticələri insanların gündəlik həyatında hiss edilməlidir - Ordubadda müşavirə

Multidisiplinar rəssam: Əsərlərimdə nostaljinin fərqli tərəflərini əks etdirməyə çalışmışam

Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib

Bu saata olan əsas xəbərlər

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

“Environmental Protection First” koalisiyası COP17 ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib

Prezident İlham Əliyevin mesajları Qərb institutlarına ciddi xəbərdarlıq idi ŞƏRH

Qusar-Əniq-Laza yolunda iki yeni körpü inşa olunur

“Təxəyyülün köçəri ocağı”: Keçmişin izləri müasir incəsənətdə

Azərbaycanlı xanım fermer FAO-nun “100 Qadın Qəhrəmanı”ndan biri seçilib

Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Sabitlik və milli həmrəylik Azərbaycanın qarşıya qoyduğu strateji hədəflərə çatması üçün əsas şərtdir

Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibətilə Komitənin kollektivinə və paralimpiyaçılara

Gəncə Dövlət Universitetində Müstəqilliyin Bərpası Günü qeyd edilib

Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər

Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir

Vətən müharibəsi qazisi: Vətənə sevgi, dövlətə sədaqət və milli birliyimizin qorunması hər birimizin məsuliyyətidir

Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir VİDEO

Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir VİDEO

Dövlət Statistika Komitəsi son illərdə 212 mindən çox nəzarət markası sifariş edib

Mədəniyyət naziri Adil Kərimli Füzuli şəhərində vətəndaşların müraciətlərini dinləyib

Taleh Kazımov: 2027-2030-cu illərin iqtisadi gündəliyindəki struktur islahatlar şaxələndirmənin miqyasını və sürətini müəyyən edəcək

Azərbaycan regionda sülhün və sabitliyin təmin olunmasında mühüm rol oynayır - ŞƏRH

ICESCO-nun Bakı Regional Ofisi 12-ci Beynəlxalq Kitab Sərgisində xüsusi pavilyonla təmsil olunacaq

218 nömrəli yeni marşrut xətti istifadəyə verilir

Mərkəzi Bank 2026-cı və 2027-ci illər üzrə inflyasiya proqnozlarını açıqlayıb

BDU Özbəkistanın 9 universiteti ilə əməkdaşlığa başlayır

Taleh Kazımov: Bu il strateji valyuta ehtiyatımız 700 milyon dollar artıb

Nurcan Kelbuqanov: TBNM müasir, rəqəmsal, multimodal marşruta çevrilməlidir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub

Binəqədi şosesində nəqliyyatın hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək

Xankəndidə BMU ilə Özbəkistanın iki ali təhsil müəssisəsi arasında memorandumlar imzalanıb

Azərbaycan və Banqladeş arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə edilib

Çexiyada Senata seçkilərin ikinci turu keçirilir

“Şahinlərin Görüşü-2026”da iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyəti ölkəmizə səfər edib

Energetika Nazirliyində YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş tədbir keçirilib

Media nümayəndələrinə standartlaşdırma mövzusunda təlim keçirilib

Efiopiyada Tiqray bölgəsinə altıaylıq keçid administrasiyası yaradılıb

Mərkəzi Bankın sədri “Global Finance”a müsahibəsində Azərbaycanın maliyyə islahatlarından danışıb

Asimmetrik sintez: həyatın mənşəyi və dərman istehsalı baxımından yeni imkanlar

Avropada qazın qiyməti 2022-ci ilin dekabrından bəri ən yüksək səviyyədədir

“Şahinlərin Görüşü-2026” təlimində tapşırıqlar uğurla icra olunur

“Effektiv idarəetmə və makroiqtisadi göstəricilər” işçi qrupunun növbəti iclası baş tutub

Macarıstan Aİ-nin karbon qiymətləri sisteminin tətbiqinin təxirə salınmasını tələb edir

ARDNF-nin icraçı direktoru "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb

Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq

TƏBİB-in icraçı direktoru Qubada vətəndaşların müraciətlərini dinləyib

Müstəqilliyin bərpası Azərbaycan xalqının milli iradəsinin təcəssümüdür - universitetdə tədbir

Hadrutda “Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Hadrutda “Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevdən mühüm mesajlar: Müharibə bizim seçimimiz olmayıb VİDEO

Prezident İlham Əliyevdən mühüm mesajlar: Müharibə bizim seçimimiz olmayıb VİDEO

BDU-da “Azərbaycan dili - Açıq dərslər” layihəsi davam edir

Səyyar Gənclər Xidmətinin növbəti dayanacağı Ucar olub

Ermənistanın keçmiş rəhbərliyi Azərbaycan xalqına qarşı cinayətlərə görə məsuliyyət daşıyır RƏY

BVF ilə Dünya Bankının İllik Toplantılarında Azərbaycanın iqtisadi prioritetləri və beynəlxalq maliyyə əməkdaşlığı dəyərləndirilib

Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir

Qarabağ Universiteti “Rebuild Karabakh” sərgisində təmsil olunur

Diaspor nümayəndəsi: Tarixi əlaqələr Azərbaycanla Kamboca arasında əməkdaşlığın inkişafına töhfə verə bilər

“Xocavənd əməliyyatı” zamanı şəhid olan əfsanəvi kəşfiyyatçıların xatirəsi anılıb VİDEO

“Xocavənd əməliyyatı” zamanı şəhid olan əfsanəvi kəşfiyyatçıların xatirəsi anılıb VİDEO

BDU-da Müstəqilliyin Bərpası Günü qeyd olunub

Londonda Azərbaycanın maarifçilik tarixi və fəlsəfi irsi təqdim edilib

Beynəlxalq konfransda türk dilləri ilə bağlı araşdırmalar təqdim olunub

Türk ekspert: Azərbaycan Avrasiya məkanında enerji və nəqliyyat təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır

Nizami rayonunda Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr müzakirə olunub

Gənclərin zərərli ideoloji təsirlərdən qorunması əsas vəzifələrdəndir

Şərqşünaslıq İnstitutunda Azərbaycan dövlətçiliyi tarixinə dair mühazirə oxunub

“Qarabağ Hakatonu 2026” yarışması başa çatıb

Nürnberqdən Bakıya: Ermənistanın üç keçmiş prezidentinin cinayət məsuliyyəti məsələsi – TƏHLİL

Yeni Kaledoniyanın nikel sərvətləri uğrunda mübarizə: Kanak təşkilatlarından Aİ-yə etiraz

AQTA sədrinin vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

Gəncədə son illərdə 15 mindən çox yeni iş yeri yaradılıb

AQTA: Qəhvəyi mərmər bağacığı ilə mübarizədə əhalinin fəallığı vacibdir

Beynəlxalq paralimpiya nümayəndələri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər

Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır ŞƏRH

İtaliya və İspaniya sərhəd yoxlamalarını ləğv etməyə hazırlaşır

Volodimir Zelenski Antonio Koşta və Ursula Fon der Lyayenlə görüşünün nəticələrini açıqlayıb