BEŞ TONA YAXIN MİS KÜLÇƏNİ SƏRHƏDDƏN KEÇİRƏ BİLMƏDİ
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a demişlər ki, Biləsuvar gömrükxanasının əməkdaşları Azərbaycan vətəndaşı Bəxtiyar Səttar oğlu Axundovun idarə etdiyi “KamAZ” markalı 85 BP 762 dövlət nömrə nişanlı yük avtomaşınını şübhə doğurduğu üçün saxlamışlar. Həmin avtomaşının benzin daşımaq üçün nəzərdə tutulmuş 95 73 AU qoşqu-çəninə Biləsuvar gömrükxanasında baxış keçirmək üçün xüsusi şərait olmadığından, yük avtomaşını “Azərterminalkompleks”in Xırdalanda yerləşən 7 nömrəli anbarı ərazisinə gətirilmişdir. Gömrükçülər tərəfindən keçirilən baxış zamanı çənin gizli saxlanc yerindən 4 ton 989 kiloqram mis külçə tapılmışdır.
Fakt üzrə təhqiqat aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]