“Beşiktaş” klubu “Şalke”nin yetirməsi ilə müqavilə imzalayıb
Bakı, 28 avqust, AZƏRTAC
Türkiyənin “Beşiktaş” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
AZƏRTAC xəbər verir ki, İstanbul təmsilçisi gənc yarımmüdafiəçi Can Bozdoğanı heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Almaniyanın “Şalke” klubundan icarəyə götürülən 20 yaşlı futbolçu, mövsümün sonunadək “Beşiktaş”ın uğurları üçün çalışacaq.
Bozdoğan “Şalke”nin öz yetirməsidir. O, 2020-ci ildən bu klubun əsas komandasında da forma geyinməyə başlayıb. Yarımmüdafiəçi Almaniya vətəndaşlığını daşıdığından, bu ölkənin U-15, U-16, U-17, U-18 və U-20 yığmalarında da oynayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [21:04]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
- 16.10.2026 [17:59]
Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq
- 16.10.2026 [17:40]
Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]