MƏDƏNİYYƏT
Bəstəkar İmruzə Hüseynovanın “Mübarəkdir Zəfərim” adlı yaradıcılıq gecəsi keçirilib
Bakı, 19 sentyabr, AZƏRTAC
Yaşıl Teatrda bəstəkar İmruzə Hüseynovanın “Mübarəkdir Zəfərim” adlı yaradıcılıq axşamı keçirilib.
AZƏRTAC xəbər verir ki, konsert eyniadlı mahnı ilə açılıb və tamaşaçılara böyük Zəfərə həsr olunmuş kliplər təqdim olunub. Konsertdə Azərbaycanın Xalq artisti aktrisa Həmidə Ömərova, tanınmış müğənni Akif İslamzadə, Əməkdar incəsənət xadimi şair Baba Vəziroğlu, ictimaiyyət xadimləri və musiqisevərlər iştirak ediblər.
Konsertdə Təranə Vəlizadə, daha sonra Flora Kərimova və Nadir Qafarzadə duet ifasında “Darıxmışam sənin üçün”, Rəşad İlyasov, Nisə Qasımova ,Samir Piriyev, Nərmin Kərimbəyova, Cavan Zeynallı, Arif Nəbiyev, Şölə Səfərəliyeva, Elxan Qaraxanoğlu, İlqar Muradov, Rövşən Civişov, Abbas Bağırov bəstəkarın mahnılarını ifa ediliblər.