BEYLƏQAN ƏRAZİ VERGİLƏR İDARƏSİNDƏ SAHİBKARLARLA GÖRÜŞ KEÇİRİLMİŞDİR
Fevralın 4-də Ağcabədi rayonunda Azərbaycan Prezidentinin “Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında” 2002-ci il 28 sentyabr tarixli Fərmanında vergi xidməti orqanlarının qarşısında qoyulan vəzifələrin yerinə yetirilməsi gedişinin müzakirəsinə həsr olunmuş müşavirə keçirilmişdir.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Beyləqan Ərazi Vergilər İdarəsinin keçirdiyi müşavirədə Ağcabədi, İmişli, Beyləqan və Füzuli rayonlarının sahibkarları iştirak etmişlər. Müşavirə iştirakçıları Prezidentin müvafiq Fərmanını əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına və iqtisadiyyatın inkişafına dövlət himayəsinin bariz nümunəsi kimi yüksək qiymətləndirdiklərini vurğulamışlar. Tədbirdə vergi orqanlarında yeni idarəetmə modelinin qurulması və yoxlama-nəzarət işinin təkmilləşdirilməsi məsələlərindən söhbət açılmışdır.
Müşavirədə sahibkarları maraqlandıran çoxsaylı suallara cavab verilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [18:29]
® “Bakcell” yeni baş icraçı direktor təyinatını elan edib
- 08.06.2026 [18:03]
Cari ilin qalan dövrü ərzində dünya bazarında neft 81-100 dollara satılacaq
- 08.06.2026 [17:59]
® “AccessBank” taksi xidməti tenderi elan edir
- 08.06.2026 [17:53]
Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib
- 08.06.2026 [17:47]