REGİONLAR
Beyləqanda avtobusun aşması nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb - YENİLƏNİB
![](/files/galleryphoto/2024/1/1200x630/17125800295237839064_1200x630.jpeg)
![](/files/galleryphoto/2024/1/1200x630/17125800291647363346_1200x630.jpeg)
Beyləqan, 8 aprel, Tahir Ağaməmmədov, AZƏRTAC
Beyləqanda avtobusun aşması nəticəsində xəsarət alan 20 nəfərdən 18-i kişi, 2-si qadındır.
Beyləqan Rayon Mərkəzi Xəstəxanası Publik hüquqi şəxsin direktoru Bayram Muradov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, 2 nəfərə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb.
“Bir nəfər bud sümüyünün sınığı diaqnozu ilə Elmi Tədqiqat Travmatologiya İnstitutuna göndərilib. Digər xəsarət alanlara tibbi yardım göstərilib, müxtəlif müayinələrdən keçirilib”, - deyə Bayram Muradov vurğulayıb.
12:07
Beyləqanda hərəkətdə olan avtobus yoldan çıxaraq aşıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Beyləqan rayonunun Şəfəq qəsəbəsi ərazisində baş verib. Zəngilanda çalışan işçiləri aparan avtobus sürücünün idarəetməni itirməsi nəticəsində aşıb. Qəza nəticəsində xəsarət alanlar Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı faktı təsdiqləyib. Bildirib ki, faktla bağlı Beyləqan RPŞ-də araşdırma aparılır.