Beyləqanda yol qəzası olub, ölən və yaralılar var
Beyləqan, 11 avqust , Aydın Yavərzadə, AZƏRTAC
Beyləqan rayonu ərazisində minik maşınlarının toqquşması ilə nəticələnən yol qəzasında ölən və xəsarət alanlar olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə saat 8 radələrində Beyləqan-Daşburun avtomobil yolunda qeydə alınıb. Qəza nəticəsində Xankişiyev Qabil Dədəkişi oğlu ölüb, xəsarət alanlar Kərimov İmamqulu Əsəd oğlu, Quliyev Ağa Təvəkkül oğlu, Hüseynov Şəhriyar İman oğlu, Fərzəliyev Elvin Salman oğlu Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [19:52]
Şərurda müşavirə keçirilib
- 15.10.2026 [19:37]