Beynəlxalq axtarışa verilmiş şəxs Moldovadan Azərbaycana ekstradisiya edilib
Bakı, 19 aprel, AZƏRTAC
Baş Prokurorluğun vəsatəti əsasında Moldovanın Baş Prokurorluğu tərəfindən "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 1993-cü il 22 yanvar tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası vətəndaşı Babək Sultanovun ölkəmizə ekstradisiyası haqqında qərar qəbul edilib.
Baş Prokurorluğun Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Qazax rayon polis şöbəsində istintaq olunan cinayət işi üzrə Babək Sultanovun qabaqcadan əlbir olduğu bir qrup şəxslə qaçaqmalçılıq yolu ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə edib saxlaması və daşımasına əsaslı şübhələr müəyyən edildiyindən Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində beynəlxalq axtarış elan edilib.
Babək Sultanov Moldova Respublikası ərazisində saxlanılaraq aprelin 19-da Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [17:03]
Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq
- 06.10.2026 [16:13]
Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib
- 06.10.2026 [15:58]
Sumqayıtın Şəfəq qəsəbəsində tikilidə yanğın baş verib
- 06.10.2026 [15:31]
Ficidə Pre-COP31-in Liderlər Tədbiri keçirilib YENİLƏNİB VİDEO
- 06.10.2026 [15:17]