BEYNƏLXALQ BANKIN ŞƏBƏKƏSİ GENİŞLƏNİR
Azərbaycan Beynəlxalq Bankının Suraxanı rayonunda filialı açılmışdır.
Bankdan AZƏRTAC-a bildirmişlər ki, hazırda Beynəlxalq Bankın Bakıda, habelə respublikamızın müxtəlif bölgələrində 33 filialı əhaliyə xidmət göstərir. İl ərzində respublikanın digər şəhər və rayonlarında da bankın filiallarını açmaq nəzərdə tutulur.