Beynəlxalq dərəcəli həndbol hakimlərimiz növbəti təyinat alıblar
Bakı, 22 dekabr, AZƏRTAC
Azərbaycanın həndbol hakimləri beynəlxalq oyunlara təyinat alıblar.
Azərbaycan Həndbol Federasiyasından AZƏRTAC-a bildiriblər ki, Vaqif Əliyev və Ələkbər Ağakişiyev 2019-cu ildə təşkil ediləcək dünya çempionatının seçmə mərhələsinin oyunları çərçivəsində keçiriləcək Slovakiya-Finlandiya görüşünü idarə edəcəklər. Matç gələn il yanvarın 7-də Slovakiyanın Povazska Bıstritsa şəhərində oynanılacaq.
Təcrübəli referimiz İsgəndər Əsgərov isə dünya çempionatının seçmə mərhələsi çərçivəsində yanvarın 13-də keçiriləcək Rusiya-Finlandiya oyununda Avropa Həndbol Federasiyasının (EHF) nümayəndəsi olacaq.