Azərbaycan Dövlət İnformasiya Agentliyi

Beynəlxalq elmi-nəzəri konfrans: Azərbaycan əlyazmaları dünya kitabxanalarında

Beynəlxalq elmi-nəzəri konfrans: Azərbaycan əlyazmaları dünya kitabxanalarında

Bakı, 3 dekabr, AZƏRTAC

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun 70 illik yubileyi münasibətilə “Azərbaycan əlyazmaları dünya kitabxanalarında” mövzusunda V beynəlxalq onlayn elmi-nəzəri konfrans keçirilib.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, tədbirdə institutun direktoru, akademik Teymur Kərimli 2020-ci ilin elmi müəssisənin 70 illik yubileyi ilə əlamətdar olduğunu ifadə edib. O, ümummilli lider Heydər Əliyevin Əlyazmalar İnstitutunu milli sərvətimiz adlandırdığını və burada qorunub saxlanılan nadir kitabları Azərbaycanın qiymətli tarixi abidələri kimi dəyərləndirdiyini xatırladıb.

Nəsillər arasında informasiya mübadiləsində mühüm mənbə olan əlyazmaların vahid məkanda toplanmasının əhəmiyyətini vurğulayan akademik Teymur Kərimli bildirib ki, bu, onların qorunmasının peşəkarlara həvalə edilməsini təmin etməklə yanaşı, tarixi əhəmiyyətli qaynaqların öyrənilmə prosesini, tərcümə, transliterasiya işini də vahid mərkəzdən idarəetmə imkanı yaradır. O, kağız üzərində həkk olunan yazılı abidələrin həssaslığından söz açaraq Əlyazmalar İnstitutunun laboratoriyalarında bərpaçı mütəxəssislərin köməyilə yenidən istifadəyə təqdim edilən əlyazmaların elektronlaşdırılmasının dövrün tələbi olduğunu vurğulayıb. Akademik respublikamızda əlyazmaların toplanması və mühafizəsi sahəsində illərin sınağından uğurla çıxan elmi müəssisənin üzərinə Azərbaycan mədəniyyətinin dünyada təbliği kimi məsuliyyətli vəzifənin düşdüyünü bildirib. Qeyd edib ki, burada qorunub saxlanılan dünya şöhrətli əlyazmalar UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Alim 70 yaşını qeyd edən elm ocağında işğaldan azad olunmuş torpaqlarımızla bağlı tədqiqatların aparılacağını da vurğulayıb.

AMEA Naxçıvan Bölməsi Əlyazmalar Fondunun direktoru, filologiya elmləri doktoru Fərman Xəlilov çıxışında Əlyazmalar İnstitutu ilə həyata keçirilən birgə layihələrdən, əldə olunan elmi nailiyyətlərdən bəhs edib. Rəhbərlik etdiyi fondda türkdilli qədim əlyazma və daşbasma üsulu ilə çap olunan kitablarla yanaşı, XIX əsrin sonlarından etibarən elektrik mətbəəsində çapdan çıxan kitabların da mühafizə olunduğunu qeyd edib. Həmin əlyazmalar haqqında geniş məlumat verən F.Xəlilov bildirib ki, sözügedən kitabların Azərbaycan oxucusunun bədii zövqünün formalaşmasında, dünya mədəniyyəti ilə tanış olmasında, həmçinin ölkəmizdə tərcümə sənətinin və məktəb tarixinin öyrənilməsində əhəmiyyəti böyükdür.

Akademiyanın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev çıxışında Əlyazmalar İnstitutunun fəaliyyətini yüksək qiymətləndirərək bu elmi müəssisə ilə uzun illərdən bəri davam edən əməkdaşlıq əlaqələri sayəsində uğurlu nəticələr əldə olunduğunu vurğulayıb.

Daşkənd Dövlət Şərqşünaslıq İnstitutunun nəzdində fəaliyyət göstərən Konfutsi adına Özbək-Çin İnstitutunun direktoru, dosent Saodat Nasirova Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu ilə cari ilin iyununda elmi-mədəni əməkdaşlıq sahəsində qarşılıqlı anlaşma və əməkdaşlıq memorandumunun imzalandığını xatırladıb. Nadir kitab abidələrinin, o cümlədən qədim əlyazma və əski çap kitablarının tədqiqi və tərcüməsi sahəsində qarşılıqlı əlaqələrin daha da inkişaf etdirildiyini vurğulayıb. Qeyd edib ki, hazırda Özbək-Çin İnstitutunun mütəxəssisləri ilə yarım əsrdən artıq dövrü uğurla başa vuran zəngin xəzinəyə malik Əlyazmalar İnstitutu elmi-mədəni təcrübə mübadiləsi aparır. İki xalqın böyük şair, filosof və digər nümayəndələrinin əlyazmalarının elmi müəssisələrdə uzun illər ərzində qorunub saxlanılması dostluq münasibətlərinin bariz nümunəsidir. İki qurum arasında əməkdaşlıq əlaqələrinin bundan sonra da möhkəmləndirilməsi xalqlarımızın mədəni irsinin gələcək nəsillərə ötürülməsi baxımından olduqca əhəmiyyətlidir.

Konfransda institutun beynəlxalq əməkdaşlıq əlaqələri haqqında da məlumat verilib. Beynəlxalq əlaqələr şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Nigar Babaxanova qeyd edib ki, vaxtilə dünyanın müxtəlif kitabxana, muzey və arxivlərinə daşınmış milli sərvətimizin surətini əldə etmək elmi müəssisənin əsas hədəflərindəndir. Bu baxımdan Türkiyə, İran, Ərəbistan, ABŞ, Almaniya, Rusiya, İngiltərə və digər ölkələrlə beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, dünyanın müxtəlif kitab xəzinələrində saxlanılan Azərbaycan əlyazmaları haqqında informasiyanın toplanması, institutun əlyazma ekspozisiyasının təşkili, yenilənməsi, qorunub saxlanılması və təbliği işi uğurla həyata keçirilir.

Çap kitablarının tədqiqi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Cavid Cəfərov çıxışında Əlyazmalar İnstitutunun fondlarında saxlanılan materialların sistemli şəkildə tədqiqi, elmmetrik təhlili və elmi təsviri, nəşrə hazırlanan çap məhsulu, nəşrlərin nüfuzlu elmi indeksləşdirmə bazalarında və akademik sosial şəbəkələrdə qeydiyyatı, həmçinin reytinqinin yüksəldilməsi istiqamətində görülən işlər haqqında məlumat verib.

Onlayn bölmə iclaslarında təqdim edilən filologiya üzrə elmlər doktoru Aybəniz Əliyeva-Kəngərlinin “Dünya kitabxanalarında saxlanılan “Koroğlu” eposu əlyazmalarının müqayisəli təhlili”, filologiya üzrə elmlər doktoru Paşa Kərimovun “Bəsiri əsərlərinin əlyazma nüsxələri barədə”, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadənin “Nizami Gəncəvinin “Xeyir və Şər” hekayəsinin ana qaynağı haqqında” və digər alimlərin müxtəlif mövzularda məruzələri maraqla qarşılanıb.

Tədbirdə perspektivlər ətrafında rəy və təkliflər səsləndirilib, konfransın bilik və təcrübə mübadiləsi baxımından əhəmiyyəti vurğulanıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlığın təşviqi üzrə Birgə Komissiyanın 4-cü iclası olub

Media: Moskva vilayətində kimya zavodunda baş verən partlayış nəticəsində 7 nəfər ölüb

Aqil Qurbanov “ADEX-2026” sərgisində bir sıra görüşlər keçirib

Azərbaycan-Aİ münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub

Türkiyədə mədən uçqununun baş verdiyi ərazidə 3 işçinin axtarışları davam edir

Millətlər Liqası: Azərbaycan - Lixtenşteyn oyununda qalib müəyyənləşməyib YENİLƏNİB

Ən yeni müdafiə və təhlükəsizlik texnologiyaları Bakıda bir arada - FOTOREPORTAJ

Putin: Rusiyaya birbaşa hücum olacağı təqdirdə bütün silah arsenalından istifadə məsələsi gündəmə gələcək

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Azərbaycan və Ukrayna arasında vizual sənət körpüsü: yeni art-layihələr planlaşdırılır

FHN-in voleybol komandası beynəlxalq turnirdə yüksək nəticə göstərib

Rumıniyada professor Tasin Cəmilin Osmanlı tarixinə həsr edilən yeni kitabı təqdim olunub

Tramp: İran nüvə silahına sahib olmayacağına razılıq verib

Rumıniya Şaquli Qaz Dəhlizi layihəsini dəstəkləyir: Azərbaycan marşrutu xüsusi qeyd olunub

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

İngiltərə və Uelsdə yüzlərlə məhbusun vaxtından əvvəl azad edilməsinə başlanılıb

Putin: Hegemoniyadan uzaqlaşdıqca dünyada vəziyyət yaxşılığa doğru dəyişəcək

Azərbaycanlı üzgüçü: Dünya ulduzları ilə yarışmaq bizə böyük motivasiya verir

Ukrayna “FP-7” ballistik raketlərindən ilk zərbələrini endirib

Almaniya hökuməti Bundesver hərbçilərinin iki missiyada iştirakının uzadılmasını təsdiqləyib

Əcnəbi tələbələr Belçika iqtisadiyyatına milyardlar qazandırır - araşdırma

Naxçıvanda Sosial Reabilitasiya Müəssisəsinin sakinləri ilə görüş təşkil edilib

Bu saata olan əsas xəbərlər

Çexiyada yanacaq qiymətlərinə nəzarət gücləndirilib

ÇXR-in yaranmasının 77-ci ildönümü münasibətilə Tyananmen meydanında dövlət bayrağı təntənəli şəkildə qaldırılıb

Bakıda “Tashkent Content Market – 2027” beynəlxalq məzmun platformasının təqdimatı olub

Media Forumun iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar

AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib

Tacikistandan olan gənc sənətçi: Azərbaycan musiqisində doğma nəsə hiss edirəm

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Macarıstan Avropa Baş Prokurorluğuna üzv olur: qanunvericilik dəyişir

Baş Prokurorluq: Laçın istiqamətində hərbi qulluqçumuzun itkin düşməsi faktı ilə bağlı cinayət işi başlanıb

İssık-Kulda “Divanü Lüğat-it-Türk”ə həsr olunmuş sərginin daimi ekspozisiyası açılıb

Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib

Şuşakənd sakini: Həsrətində olduğum torpaqda yaşamaq böyük xoşbəxtlikdir

Azərbaycan və Bakı Dünya Akvatika Fondunun Ekoloji Mükafatına layiq görülüb

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir VİDEO

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir VİDEO

Millətlər Liqası: Azərbaycan və Lixtenşteyn yığmalarının start heyətləri açıqlanıb

Süni intellektəsaslı ağıllı sistemlər nəqliyyat problemini həll edə bilər? – AÇIQLAMA

Azərbaycan xalqının milli-mədəni irsinin inkişafına töhfələr vermiş şair: Xaqani Şirvani

Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib

“Sərhədsiz incəsənət”: “Şabran-2026” Beynəlxalq İncəsənət Simpoziumunun yekun sərgisi

Orta Dəhlizin inkişafı nəqliyyat və logistika infrastrukturuna investisiyaları artırır - ŞƏRH

Cənubi Koreyada yaşlı əhalinin payı 21,6 faizə çatıb

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

Nazir: Azərbaycanda hər il, hər ay idman sahəsində növbəti uğurlar əldə olunur

Cəlilabadda fərdi yaşayış evində yanğın olub

® Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi-praktik konfransda iştirak edib

Ülviyyə Heydərova: Sanki “İnanıram” pyesi ürəyimdə, beynimdə hazır imiş və bir təkliflə üzə çıxdı

Hərbi prokurorluq orqanları arasında əlaqələrin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb

“ADEX” Azərbaycanın müdafiə sənayesinin beynəlxalq təqdimat platformasına çevrilib ŞƏRH

Metyu Brayza: CAMCA gənc liderlər üçün yeni əməkdaşlıq imkanları açır VİDEO

Metyu Brayza: CAMCA gənc liderlər üçün yeni əməkdaşlıq imkanları açır VİDEO

Hərbi Prokurorluğun rəhbərliyi kursantlarla görüşüb

Orta Dəhlizin inkişafı Avropa ilə Asiya arasında iqtisadi əlaqələrin güclənməsinə töhfə verə bilər – ŞƏRH

“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlanıb

Özbəkistanlı jurnalist: CAMCA ölkələr arasında təcrübə mübadiləsi üçün mühüm platformadır VİDEO

Özbəkistanlı jurnalist: CAMCA ölkələr arasında təcrübə mübadiləsi üçün mühüm platformadır VİDEO

Hikmət Hacıyev: Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə Aİ ilə münasibətlərimizin mühüm istiqamətlərindəndir

Ötən ay 908 mina və 4525 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Gəncədə zəhərlənmə hadisəsi baş vermiş məktəbin bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 3 VİDEO

Gəncədə zəhərlənmə hadisəsi baş vermiş məktəbin bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 3 VİDEO

KTN-in vəzifəli şəxslərinin oktyabrda bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib

Aİ quruma üzv ölkələrdə qalmaq hüququ olmayan şəxslərin geri qaytarılması qaydalarını sərtləşdirib

Azərbaycanda makaron məmulatlarının istehsal həcmi açıqlanıb

Frederik Starr: Mərkəzi Asiya və Cənubi Qafqazdakı dövlətlər vahid komanda kimi təmsil olunmalıdır VİDEO

Frederik Starr: Mərkəzi Asiya və Cənubi Qafqazdakı dövlətlər vahid komanda kimi təmsil olunmalıdır VİDEO

Ali Məclisin deputatının mandatı ləğv edilib

Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub

"Birliyin Gücü – 2026” birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib YENİLƏNİB VİDEO

"Birliyin Gücü – 2026” birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib YENİLƏNİB VİDEO

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası olacaq

ABŞ-də xüsusi qayğıya ehtiyacı olan insanlar üçün Azərbaycan muğamı səsləndirilib VİDEO

ABŞ-də xüsusi qayğıya ehtiyacı olan insanlar üçün Azərbaycan muğamı səsləndirilib VİDEO

Azərbaycandan Lüksemburqa ixracın dəyəri 306 dəfə artıb – QRAFİK

Yeni reallıqlar Azərbaycanın iqtisadi imkanlarını genişləndirir - ŞƏRH

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Azərbaycanın regionlarında sərmayə yatırmaq üçün səmərəli imkanlar yaradılıb - ŞƏRH

Fuad Kərimov: CAMCA Forumu regionun investisiya potensialının müzakirəsi üçün mühüm platformadır VİDEO

Fuad Kərimov: CAMCA Forumu regionun investisiya potensialının müzakirəsi üçün mühüm platformadır VİDEO

Azərbaycanın müdafiə sənayesinin beynəlxalq bazara çıxış imkanları genişlənir - ŞƏRH

“ADEX 2026”da Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal edilən 130 adda məhsul nümayiş olunur VİDEO

“ADEX 2026”da Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal edilən 130 adda məhsul nümayiş olunur VİDEO

“Azneft”: İstehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib

Xankəndidə mina təhlükəsinə dair yekun maarifləndirmə təlimləri təşkil edilib

BMT gübrə yüklərinin Hörmüz boğazından keçməsinə imkan verəcək mexanizm hazırlayıb

İctimai Şura üzvləri ilə 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri müzakirə edilib

Azərbaycan idmançılarının reytinq cədvəlində dəyişiklik olub

Karib hövzəsi ölkələri ASAN modelini öyrənir

Ərdoğan: Ölkədəki hər siyasi partiyanın prioriteti Türkiyə olmalıdır

BMT-nin iclasında Ermənistan cəmiyyətində revanşist fikirlərin artmasından narahatlıq ifadə olunub

ADEX sərgisi Azərbaycanın hərbi-texniki əməkdaşlıq coğrafiyasını genişləndirir ŞƏRH

Oktyabrda Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar açıqlanıb

Azərbaycanlı alimlər Qazaxıstanda türk irsinə həsr olunmuş konfransda iştirak edirlər

BDYPİ gözlənilən hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib

Bülbül prospektinin daha bir hissəsində mikromobillik zolağı təşkil olunub

Dəmir Yolları: Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündəlik 4 reys həyata keçiriləcək

Azərbaycan – Lixtenşteyn oyununa 4500 bilet satılıb

AZAL daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirib

İsrailin Rusiyadakı səfiri: “Flydubai” reysində baş verən insident terror aktına cəhd kimi qiymətləndirilir

BDU-da “Azərbaycan dili - açıq dərslər” layihəsinin növbəti görüşü

“Birliyin Gücü – 2026” təlimi çərçivəsində media nümayəndələri səhra hospitalı ilə tanış olublar VİDEO

“Birliyin Gücü – 2026” təlimi çərçivəsində media nümayəndələri səhra hospitalı ilə tanış olublar VİDEO

Fransada lisey şagirdlərinin aksiyaları genişlənir: 625 nəfər saxlanılıb

Bakıda üzgüçülük üzrə Dünya Kuboku çərçivəsində fan zona təşkil edilib

Ukraynalı uşaqlar Qəbələdə reabilitasiya xidmətlərinə cəlb olunub VİDEO

Ukraynalı uşaqlar Qəbələdə reabilitasiya xidmətlərinə cəlb olunub VİDEO

BMU “ADEX 2026”da tətbiqyönümlü elmi-tədqiqat nəticələrini təqdim edir